Modern.az

Məhkəmədə qadına 300 şallaq vurulub

Məhkəmədə qadına 300 şallaq vurulub

İqtisadiyyat

4 Mart 2010, 11:32

Səudiyyə Ərəbistanında məhkəməyə tək gedən qadın 300 şallaq “yeyib”. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında bir qadın həbsə gedən ərindən boşanmaq üçün ona təzyiq edən məhkəmə heyətindən şikayət edib. Yanında kişi xeylağı olmadan məhkəməyə getməkdən imtina etdiyinə görə suçlu hesab olunan qadına 300 şallaq və 18 ay həbs cəzası verilib.

 

ABŞ-da yerləşən İnsan Haqları Araşdırma Təşkilatının açıqlamasına görə, Raas şəhərində yaşayan Savşan Salim adlı qadının əri  2004-cü ildə borcları üzündən həbsə atılıb. Onun məhkəməsinə baxan hakim Həbib Abdullah Əl Aksa isə Salimdən dəfələrlə ərindən boşanmasını tələb edib. Təklifi rədd edən qadın həm məhkəmə hakimindən, həm də yerli məhkəmə üzvlərindən, eləcə də Kral Abdullahdan  şikayət verib. Lakin Salim bu şikayətləri sırasında məhkəməyə yanında bir kişi əqrəbası olmadan getdiyi və saxta ittihamlarda bulunduğu üçün həbs olunub.   İnsan Haqları Təşkilatı Səudiyyə hakimiyyət orqanlarını qərarı ləğv etməyə çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir