Modern.az

Azərbaycanın rep ifaçısı Nato: “Türkiyədəki yarışmada hədəfimiz finaldır” - MÜSAHİBƏ

Azərbaycanın rep ifaçısı Nato: “Türkiyədəki yarışmada hədəfimiz finaldır” - MÜSAHİBƏ

18 Fevral 2013, 15:51

Qonşu ölkədə keçirilən yarışmanın azərbaycanlı iştirakçısına 2 min dollar lazımdır


Türkiyənin “STAR” kanalında yayımlanan “Yetenek Sizsiniz Türkiyə” verilişində çıxış edən azərbaycanlılardan ibarət rep qrupu həm münsiflər heyətinin, həm də tamaşaçıların böyük marağına səbəb oldu. Onların performansı sosial şəbəkələrdə də böyük maraqlı qarşılandı. Modern.az bunu nəzərə alaraq, rep qrupunun üzvi Afiq Novruzovdan müsahibə alıb.

– Afiq, müsahibəni “Yetenek Sizsiniz Türkiye” yarışmasına qatılmağınızla başlayaq. Seçimlərə qatılmağınız necə oldu?

– Əvvəldən Azərbaycanda fəaliyyətimiz vardı. “Nağd pul” adıyla tanınırdıq. Məni də “Nato” kimi təqdim edirdilər, halbuki “Nato” təxəllüsümdür, qrupun adı deyil. NATO-nun açıqlaması isə belədir: Novruzov Afiq Tofiq oğlu. “Yetenek Sizsiniz Türkiyə”yə keçən il təklikdə müraciət etmişdim. Ona görə də öz adımla çıxış etdim. Daha sonra qrupumla bir araya gəldim, Türkiyədə adımız “Nato“ kimi tanınır.

Keçən il yarı finalda 5-ci yerə gəlib çıxdıq. Yaddaqalan iştirakçı olduğumuza görə bizi bu il də yarışmaya dəvət etdilər. Xüsusi dəvət aldıq. Haradasa 2 ay bundan əvvəl ilk mərhələni keçdik. İkinci mərhələni də özünüz gördünüz.

– “Nəğd pul”a qayıdaq...

– 2005-2006-cı ildə “Mən də varam” rep müsabiqəsində iştirak etmişəm. Ondan sonra Azərbaycanda bütün “sinqle”, “soundtrack”lari biz bəstələyirik. Məsələn, “Tam sərbəst” verilişində “Sərbsət ol”-u biz oxuyuruq. “Maşın realiti şou”sunda “Sağ sol, maşın” da bizimdir. Qrupumuzda “Buludlar” mahnısını oxuyan Ceyhun da var idi. Amma indi Ceyhun tək işləyir. Mahnılarımızı Nadir Hüseynov dəstkələyirdi, Moskvaya getdi, orada işini qurdu.

– İnternetdə sizin haqqınızda axtarış verdim, o qədər də geniş məlumat yoxdur.

– Gürcüstanda, Marnuelidə doğulmuşam. Sonra 12 il Moskvada yaşamışıq. 2003-cü ildə Bakıya gəldim, 2004-də albom hazırladım. Elə o zaman Hilalla tanış oldum. Hilalın mənə çox böyük dəstəyi oldu. Çünki Bakıda heç kimi tanımırdım. 2005-ci ildə “Mən də varam” layihəsinə qatıldım, birinci yeri qazandım. Sonra biz “Nağd pul” qrupunu yaratdıq. Hazırda öz studiyamız var, Anar Məcidov rəhbəridir. Nadir, mən, Hilal. Özüm Gürcüstanda Vergi və Gömrük Akademiyasını bitirmişəm. Hilal da İncəsənət Universitetini. Hazırda montajçıdır. Eyni zamanda bir çox müğənnilərə mahnı yazmışıq. Röyanın “Narın yağış” mahnısı, Natəvanın rep tərzində oxuduğu mahnısı var, onu, Xuraman Şuşalının “Ola bilməz” mahnısı... Natəvanla duetimiz də var.

– Yenidən qayıdaq “Yetenek Sizsiniz Türkiye” yarışmasına. Bu yarışmaya elə istedadlı şəxslər qatılırlar ki, insanları heyrətləndirə bilirlər. Amma rep elə deyil. Siz bunu necə bacardınız? Yəni bu qədər rəğbət qazana bildiniz?

– Keçən il ikinci turda Azərbaycanın məşhur “brekdans” qrupu və Ukraynadan rəqqasə qızlar gətirmişdik, onlarla birgə biz elə bir çıxış etdik və möhürümüzü vurduq.

– İkinci turda 82% səs topladınız. Acun Ilıcalı da qeyd etdi ki, bu riskli rəqəmdir. Sizcə, bu cür səs toplamağınız nə ilə bağlıdır? Paxıllıq da ola bilərdimi?

– Yox, bu artıq mərhələni keçməyimizə zəmanət idi. Bilirdik ki, yarımfinala keçmişik.

– Azərbaycanlılara münsiflər eləcə də tamaşaçıların münasibət necədir?

– Super. Mən hələ heç bir neqativ hal görməmişəm. ümumiyyətlə, keçən il bu yarışmaya 7 azərbaycanlı qatılmışdı, bircə mən keçmişdim ilk turu. Hətta finala bir addım da qalmışdı. Polat Alemdarın birə-bir bənzərini Bakıdan aparmışdıq yarışmaya. Hülya Avşar da demişdi ki, Necati Şaşmazdır bu?.. Mən hələ heç bir ayrı-seçkilik görməmişəm.

– Bakıdan Hülya Avşara apardığınız qızılgül də yolda qırıldı..


– Necə oldu, bilmədik. Hülya Avşar gülü götürüb ən gözəl yerə, saçlarına taxdı.

– Bəs qalib olacağınıza inanırsan?

– 5 favoritdən biri bizik.

– Yəni sən inanırsan ki, türk yox, azərbaycanlı “Yetenek Sizsiniz Türkiye”de qalib olacaq?

– Orada hər şeyi həll edən Acundur. O əgər “hə” desə, zal da “hə” deyəcək. Çünki onun RƏYİ zalın rəyi ilə üst-üstə düşür.

– Yarımfinala necə hazırlaşırsınız?

– İnşallah ki, istədiyimiz məbləğdə pulu tapa bilsək, bunu edə biləcəyik. Artıq mahnı da hazırdır. Mövzunu da deyə bilmərəm, çünki qəlizdir. Amma çox maraqlı olacaq.

– Bir şou nə qədər pula başa gəlir?

– Müxtəlif şoular var. Sonuncu şounu Acun Media 10 min dollar dəyərləndirdi. Amma biz ona çox az pul xərclədik. Əlimizdə 2000 dollar olsa, yaxşı bir şou hazırlaya bilərik. İndi biz bu məbləğ üçün nigarançılıqda qalmışıq. Heç kimdən dəstək almadan özümüz bu işlə məşğul oluruq. İstəyirik ki, bizi sadəcə olaraq bir repçi kimi qəbul eləməsinlər.

– Azərbaycan bayrağını səhnəyə çıxmağı düşünürsünüz?

– Bunu düşünürük. Bəlkə də iki, yəni Türkiyə və Azərbaycan bayraqlarını birgə çıxdıq.

– II mərhələdən sonra daha çox məşhurlaşdınız. İnsanların münasibəti necədir? Eləcə Azərbaycanda necə qarşıladılar sizi?

– Bu mərhələdən sonra daha çox dəstək verildi. Məsələn, acunn.com-da yerləşdirilən videomuz izlənmədə birinci yerdədir. Şərhləri oxuyuram, çox sevindiricidir. Facebook-da İngiltərədən, Finlandiyadan olan həmyerlilərimiz yazırlar.

– Birdə bir məqam mənim diqqətimi çəkdi. Ad yerində Afiq Novruzov və İradə Əzizova adı yazılmışdı. Hilalın adı yox idi. Səhv var idi deyəsən...

– Hə, səhv olmuşdu, həm də necə səhv! Biz özümüz də şok da idik. Mən sizə izah edim. Deməli biz buradan komanda şəklində gedirik, rəqqasların rəhbəri də İradə xanımdır. Sadəcə, ora kimlər gedirsə, hamının adını veririk. Orada dedilər ki, kimin adı çəkilməyəcək? Dedim ki, ümumiyyətlə adlar çəkilməsin. Əgər çəkilsə də, İradə xanımın adı çəkilməsin. Onlar da onu pozdular və necə oldusa İradə xanımın adını sayta qoydular. Hələ də dəyişilməyib. Çünki bizim üçün ad o qədər də önəmli deyil.

– Azərbaycanda hansı işləri görməyi planlaşdırırsınız?

– Hələ ki, ancaq bu yarışmaya hazırlaşırıq. Biz Bakıdakı bütün işlərimizi dayandırmışıq. Görək hara qədər gedə bilirik. Keçən il yarımfinalda 5-ci olduq. Bu il hədəf finaldır.


Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir