20 fevral 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - Deputat köməkçisi: “Mənim əsas hədəfim deputat olmaqdır”
Deputat köməkçisi: “Mənim əsas hədəfim deputat olmaqdır”
04.03.2010, 11:46

“DEPUTAT KÖMƏKÇİSİ” RUBRİKASININ NÖVBƏTİ QONAĞI MİLLƏT VƏKİLİ İQBAL AĞAZADƏNİN KÖMƏKÇİSI BƏYBALA ƏLİYEVDİR

- Sizi köməkçi görmək İqbal bəyin öz təşəbbüsü olub?
- Parlament seşkiləri zamanı 35 saylı Xətai Seçki Dairəsindən namizəd İqbal Ağazadə idi, 36 saylı  dairədə isə mən. Onda tanış olmuşuq. Heç bir qohumluq əlaqələrimiz də yoxdur. Heç eyni bölgədən də deyilik. İqbal bəy Füzuli rayonunda, mən isə Cəlilabadda anadan olmuşam. Uzun müddətdir Xətaidə yaşayır, işləyirəm. Seçicilərin əksəriyyətini də tanıyıram. Əvvəllər də seçicilərimizdən çoxunu tanıyırdım, onlar mənim iş yoldaşlarım olub, mən də onların müdafiəçisi olmuşam, yəni Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışmışam. Bu səbəbdən də belə məsləhət oldu ki, mən seçicilərlə daha yaxından ünsiyyət qura, onların problemləri ilə daha tez məşğul ola bilərəm.
- Hazırda əsas işiniz nədən ibarətdir?
- Mən ancaq seçicilərlə ünsiyyətdə oluram, onların deputat qarşısında qaldırdırmaq istədiyi məsələləri öyrənirəm, mütəmadi olaraq seçicilərlə bina-bina və yaxud küçə-küçə görüşlər keçiririk. Şənbə günləri bizdə qəbul günləridir. Seçicilərin bilavasitə deputatla görüşü keçirilir. Problemləri əgər yerində həll edə bilmirəmsə, onlarla deputat məşğul olur. Hansısa məsələ ilə bağlı lazımi orqanlara deputat sorğusu göndəririk.
- Ən çox şikayətlər nə ilə bağlı olur? Ümumiyyətlə, şikayətlər çox olur?

- Həddən artıq çox olur. Təsəvvür edin ki, kimin evinə su, işıq, qaz gəlmirsə, mütləq gərək deputata müraciət edə. Yaxud kiminsə yolları pis gündədirsə, zibil vaxtında atılmırsa, hansı ki, bu işləri Mənzil İstismar sahələri görməlidir, ancaq deputata müraciət olunur. Yəni həll olunmayan problemlərin 99 faizi deputata yönəldilir. Deputat da gücü çatanı həll edir, əks halda da o işlərlə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılır.  Əgər zibil probleminə görə də deputata müraciət olunursa, təsəvvür edin ki, şikayətlər nə qədər ola bilər. Çalışırıq ki, məsələləri həll edək. Bu səbəbdən də şikayətlərin mahiyyəti üzrə əvvəlcə MİS-lərə, orada həll olunmursa, Rayon İcra Hakimiyyətinə müraciət edirik. İcra Hakimiyyəti də əlbəttə ki, deputatın ona birbaşa yazılı müraciətinə müsbət yanaşır. Doğrudur, şikayətlərin əsas hissəsi sosial məsələlərlə bağlı olsa da, son zamanlar məhkəmələrlə və banklarla bağlı müraciətlər  daha çox olur.
- Şikayətlər ancaq Sizin tərəfinizdən araşdırılır?
- Əgər məsələlər yerində həllini tapırsa, bu zaman deputata heç bir müraciət ünvanlamağa lüzum qalmır. Əgər yerində həll olunmursa, köməkçi kimi bizim gücümüz çatmırsa, bu halda deputata müraciət olunur.
- İqbal Ağazadə ilə işləmək çətin deyil ki?
- Xeyr. Əksinə, onunla işləmək şərəfdir. Bütün işlərə müsbət yanaşır. Baxmayaraq ki, partiya sədridir, iş qrafiki gərgindir, bütün seçiciləri dinləməyə hazırdır və hər zaman qəbul edir. Seçicilərlə görüşün şənbə günü nəzərdə tutulmasına baxmayaraq, vətəndaşlar qeyri-günlər də geri qaytarılmır. Yəni gündəlik qəbul olur.
- İş saatınız neçəyə qədərdir?
- Səhər saat 9-dan işə başlayırıq. Amma qurtarma saatını dəqiq deyə bilmərəm. İşimiz nə vaxt qurtardı, onda da gedirik. Bu, axşam saat 20.00 da ola bilər, 21.00 da. Əsas odur ki, seçicilər razı qalsın, onlara köməyimiz dəysin. Həftənin şənbə günü də işləyirik. Çünki qəbul günləridir.
- Maaşınız nə qədərdir?
- Elə müqavilədə yazılan qədər.
- Əlavə qazancınız olurmu?
- Xeyr olmur.
- Həm də Ümid Partiyasının rayon təşkilatının sədrisiniz. Bəs partiya ilə bağlı tapşırıqlarınız olurmu?
-
Ümid Partiyasının rayon təşkilatının sədri olsam da, mənim əsas işim seçicilərin problemləri ilə maraqlanmaq, imkan daxilində onları həll etməkdir.
- Digər deputat köməkçiləri ilə əlaqəniz varmı?
- Ümumiyyətlə, heç biri ilə yaxın münasibətim yoxdur. Sadəcə hansısa seminarda görüşürük.
- Gələcəkdə yenidən deputatlığa namizəd olmaq istəyirsiniz?
- Bəli. Mənim elə əsas hədəfim deputat olmaqdır. Məhz bu yolda bütün işlərimi  itirmişəm.

Kəmalə Tofiqqızı
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Güclü yağış Bakıda iki evin damını çökdürdü
20.02.2018, 01:01

Güclü yağış Bakıda iki evin damını çökdürdü

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu
20.02.2018, 00:44

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu

İrandakı iğtişaşlarda  3 polis öldü
20.02.2018, 00:28

İrandakı iğtişaşlarda  3 polis öldü

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası
20.02.2018, 00:13

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır
19.02.2018, 23:59

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır

Türkiyə, İran və Rusiya XİN rəhbərləri Astanaya toplanır
19.02.2018, 23:44

Türkiyə, İran və Rusiya XİN rəhbərləri Astanaya toplanır

Azərbaycan nefti 1 dollar bahalaşdı
19.02.2018, 23:29

Azərbaycan nefti 1 dollar bahalaşdı

Kremlin axtardığı azərbaycanlı – 100 min dollardan imtina edən ARMED MİŞEL
19.02.2018, 23:13

Kremlin axtardığı azərbaycanlı – 100 min dollardan imtina edən ARMED MİŞEL

Tələbələrdən rəsmi Vaşinqtona etiraz
19.02.2018, 22:59

Tələbələrdən rəsmi Vaşinqtona etiraz

İsveç nümayəndələrinə Qarabağ həqiqətləri çatdırıldı
19.02.2018, 22:46

İsveç nümayəndələrinə Qarabağ həqiqətləri çatdırıldı

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ
19.02.2018, 22:29

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ

Avtobusın minik maşını ilə toqquşma anı - Video
19.02.2018, 22:14

Avtobusın minik maşını ilə toqquşma anı - Video

Marketlər dərman sata bilməyəcək
19.02.2018, 22:03

Marketlər dərman sata bilməyəcək

Ərdoğan iranlı həmkarı ilə Afrindəki vəziyyəti müzakirə etdi
19.02.2018, 21:51

Ərdoğan iranlı həmkarı ilə Afrindəki vəziyyəti müzakirə etdi

“Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər” - Ekspert
19.02.2018, 21:37

“Azərbaycana danışıqlar arenası kimi ehtiyac yarana bilər” - Ekspert

Azay Quliyev Vyanaya gedir
19.02.2018, 21:26

Azay Quliyev Vyanaya gedir

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə qatılacaq
19.02.2018, 21:17

Şəhriyar Məmmədyarov beynəlxalq turnirə qatılacaq

Ukrayna ilə Rusiya arasında növbəti  gərginlik
19.02.2018, 21:09

Ukrayna ilə Rusiya arasında növbəti  gərginlik

Milyarder vergiləri artırmağa çağırdı
19.02.2018, 21:01

Milyarder vergiləri artırmağa çağırdı

Müharibədə ölən azərbaycanlının məzarı 75 il sonra tapıldı
19.02.2018, 20:52

Müharibədə ölən azərbaycanlının məzarı 75 il sonra tapıldı

Ölkə başçısından səfir və konsul təyinatı - SƏRƏNCAM   
19.02.2018, 20:45

Ölkə başçısından səfir və konsul təyinatı - SƏRƏNCAM  

Prezident şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin müavinətini artırdı
19.02.2018, 20:31

Prezident şəhid ailələri, müharibə və 20 yanvar əlillərinin müavinətini artırdı

Paytaxtda qadın meyiti tapıldı
19.02.2018, 20:14

Paytaxtda qadın meyiti tapıldı

Bakı–Quba–Rusiya yolunun tikintisinə 150 milyon manat ayrıldı
19.02.2018, 20:01

Bakı–Quba–Rusiya yolunun tikintisinə 150 milyon manat ayrıldı

95 yeni planet aşkarlandı
19.02.2018, 18:57

95 yeni planet aşkarlandı

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”
19.02.2018, 18:54

Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

İranın müdafiə naziri Azərbaycana gəlir
19.02.2018, 18:45

İranın müdafiə naziri Azərbaycana gəlir

Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıldı
19.02.2018, 18:38

Xəzərin dibinin bölünməsi ilə bağlı müzakirə aparıldı

Bu ölkədə bəzi dərmanlar ərzaq mağazalarında satılacaq
19.02.2018, 18:32

Bu ölkədə bəzi dərmanlar ərzaq mağazalarında satılacaq

Ərdoğan və Putin Afrin məsələsini müzakirə ediblər
19.02.2018, 18:20

Ərdoğan və Putin Afrin məsələsini müzakirə ediblər

Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib
19.02.2018, 18:11

Arif Babayev “Şərəf” ordeni ilə təltif edilib

İlham Əliyev komitə sədrinin ölümü ilə bağlı NEKROLOQ imzaladı
19.02.2018, 17:59

İlham Əliyev komitə sədrinin ölümü ilə bağlı NEKROLOQ imzaladı

Atası avtomobil qəzasında ölən jurnalistin şikayəti əsasında məhkəmə başladı
19.02.2018, 17:55

Atası avtomobil qəzasında ölən jurnalistin şikayəti əsasında məhkəmə başladı

Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - SİYAHI
19.02.2018, 17:46

Prezidentliyə namizədliyi irəli sürülən 13 nəfər - SİYAHI

Deputat səfirlə əməkdaşlığı müzakirə etdi
19.02.2018, 17:35

Deputat səfirlə əməkdaşlığı müzakirə etdi

ARXİV