Modern.az

Əcnəbilər üçün birinci “Azərbaycan dili məktəbi”

Əcnəbilər üçün birinci “Azərbaycan dili məktəbi”

Qarabağ

4 Mart 2010, 12:33

Gənclər üçün Təhsil Mərkəzi hər il Azərbaycanda yaşayan, işləyən və təhsil alan əcnəbilər üçün təmənnasız Azərbaycan dili kursları təşkil edir.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, ötən ilin sentyabr ayından başlayaraq bu kursların daha da səmərəli təşkil olunması məqsədilə “Azərbaycan dili Məktəbi” yaradılıb. Məktəbin yaradılmasında əsas məqsəd ölkəmizdə təhsil alan, yaşayan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlara çatdırmaq və Azərbaycanın milli dəyərlərini aşılamaqdır.

Artıq 5 aydan çox davam edən birinci “Azərbaycan dili Məktəbi”ni bu gün 30 nəfər əcnəbi başa vurdu.

Mərkəzin direktoru Vüsal Quliyev bildirib ki, hazırda 5 aydan artıqdır davam edən kursları bitirən əcnəbilər Azərbaycan dilində sərbəst danışır və bir-birlərini başa düşürlər. O, növbəti Məktəblə yanaşı, Azərbaycanın dilbər güşələrində əcnəbilər üçün ana dilimizin təbliğinə həsr olunmuş yay məktəblərinin də təşkil olunacağını qeyd edib.

Məktəbi bitirən əcnəbilər də zəngin mədəniyyətə və tarixə malik olan xalqın ana dilinin öyrənilməsini özlərinə şərəf bildiklərini və buna görə də Azərbaycan dilini öyrənməyə həvəs göstərdiklərini qeyd etdilər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi