Modern.az

Əziz Rzazadə: “MKM rəhbəri adları mütləq açıqlamalıdır”

Əziz Rzazadə: “MKM rəhbəri adları mütləq açıqlamalıdır”

Ədəbi̇yyat

19 Fevral 2013, 11:42

“Milli Kitab Müsabiqəsinə bədii əsər təqdim etmiş müəlliflərdən biri də mənəm. Müsabiqənin təşkilatçısı Nigar Köçərlinin hər dəfə ona, yaxud ekspertlərə təzyiq, ələalma faktları və s. bağlı açıqlamaları bir çoxları kimi məni də çilədən çıxarır. Məncə, Nigar Köçərli müsabiqəyə “kəsə yol” axtaran bu şəxslərin adlarını mütləq açıqlamalıdır”.

Bunu Modern.az-a açıqlamasında “Şəbəkə” romanın müəllifi Əziz Rzazadə bildirib. Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə MKM ətrafında baş verənləri və pərdəarxası məqamları nəzərə çatdıran Nigar Köçərli bundan artıq gözləmə mövqeyi tutmamalıdır. Çünki bu mövqe müsabiqənin özünü nüfuzdan salır.

“Şəxsən mən bu günədək ekspertlərin kim olduğundan tam məlumatsızam. Elə isə başqaları bunu hardan bilir? Əgər kimlərsə əsərləri çeşidləyən şəxslərin adlarını bilirsə, deməli, bu sayaq müsabiqələrdə zəruri olan məxfilik şərti hardasa pozulub. MKM-in rəhbəri kimi Nigar Köçərli bu məsələyə xüsusi diqqət yetirməlidir”, – deyə Ə. Rzazadə bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!