Modern.az

Jurnalistlər və məmurlar mükafatlandırıldılar (fotolar)

Jurnalistlər və məmurlar mükafatlandırıldılar (fotolar)

Reportaj

4 Mart 2010, 16:26

Martın 4-də İçərişəhərdəki Muğam Klubunda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası 2009-cu il üçün qalib hesab etdiyi media qurumları və təmsilçilərini, ayrı-ayrı şəxsləri müxtəlif nominasiyalarda mükafatlandırıb.

Modern.az xəbər verir ki, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tədbirdə çıxış edərək qalibləri təbrik edib. Sonra qaliblərə diplomlar təqdim olunub. Qaliblər aşağıdakılardır:

Mətbuatda açıq diplomat - ATƏT-in Azərbaycandakı nümayəndəliyin rəhbəri Ali Bilge Cankorel; 

İlin İnformasiya agentliyi – AzərTAc;

İlin regional televiziyası –ELTV, KƏPƏZ TV, Kanal F; İlin telviziyası –AzTV;

İlin ən yaxşı xəbər portalı - Day.az;

İlin ən yaxşı qadın jurnalı - “Azərbaycan qadını”;

İlin internet qəzeti – Mediaforum.az;

Azərbaycan milli mətbuatının inkşafında xidmətlərinə görə -  Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdri Əli Həsənov; Mətbuata açıq dövlət məmuru – xarici işlər nazirinin müavini, Ali Diplomatiya Kollecinin rektoru Hafiz Paşayev; İlin jurnalist qadını - “Kaspi”qəzetin əməkdaşı Təranə Məhərrəmova;    İlin jurnalist qadını - İTV-nin əməkdaşı Gulşən Əliyeva;

İlin xəbər aparıcısı - ATV-nin əməkdaşı Samirə Mustafayeva;

İlin ən yaxşı idman kanalı –AzTV idman; İlin ictimai-siyasi verilişi – “Aktual xəbər” (Xəzər TV);

İlin siyasi-analitik verilişi -  “Səda-həftə” (Lider TV);

Türk dünyası, türk xalqlarının ortaq tarixi haqqında maarifləndirmə, təbliğat işlərinə görə - “Şərq” və “Olaylar”qəzetləri;

İlin region qəzeti -  “Mingəçevir işıqları”;

Reportyor işinə görə mükafat - Vusalə Rüstəmova (İTV);

Jurnalistikaya verdiyi töhfələrə görə - Mətbuat Şurasının sədri Əflatun Amaşov; Qadın, sağlaülıq məsələləri və “Genofondumuzu qoruyaq” layihəsinin təşkilində göstərdiyi xidmətlərə görə - “Qazelli” MMC-nin prezidenti Zərifə Həmzəyeva; Mətbuatda göstərdiyi dəstəyə görə - “Azercell Telekom” MMC. 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir