Modern.az

Rəqsanə qızlarını anasının ümidinə qoyub Türkiyəyə gedir

Rəqsanə qızlarını anasının ümidinə qoyub Türkiyəyə gedir

21 Fevral 2013, 17:47

Övladları ilə Moskvada məskunlaşan müğənni Rəqsanə yaradıcılıq işlərinə davam edir. Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəçək sənətçi planları barədə Modern.az-a bunları deyib:

“Son aylar Azərbaycandan çox Moskvada oluram. Səbəblərdən ən birincisi Aysunun təhsili ilə bağlıdır. Qızlarımı anama etibar edib, bir neçə həftəyə Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə mətbuata danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri, serialla bağlı danışıqlar baş tutacaq. Bunun ardınca təqdimatlar gözlənilir. Bu səbəbdən getməliyəm”.

Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını söylədi. Rəqsanə elə bu gün  rus ustalarının xidmətindən bəhrələnib, yenidən uzun saçlara qovuşacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi