Modern.az

Həlak olan təyyarəçimiz Fəxri Xiyabanda dəfn olundu

Həlak olan təyyarəçimiz Fəxri Xiyabanda dəfn olundu

4 Mart 2010, 19:05

Martın 3-də təlim uçuşu zamanı baş verən qəzada həlak olmuş 34 yaşlı təyyarəçi, polkovnik-leytenant Famil Məmmədli bu gün II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində müdafiə naziri Səfər Əbiyev və digər yüksək rütbəli hərbçilər iştirak edib.
urnalistlər və kənar şəxslər Xiyabana buraxılmayıb.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus SU-25 təyyarəsi dünən saat 17:00 radələrində Tovuz rayonunun Aşağı Ayıblı kəndindən təxminən 6 kilometr aralıda qəzaya uğrayıb. Nəticədə pilot Famil Məmmədli həlak olub.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya qəzanın səbəbini araşdırır.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir