Modern.az

Beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçılar müəyyən olunub

Beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçılar müəyyən olunub

Mədəni̇yyət

22 Fevral 2013, 13:43

“Muğam Mərkəzində III Respublika Muğam Festivalının respublika turunun qalibləri müəyyən olundu”. Bu barədə Modern.az-a Beynəlxalq Muğam Festivalının və televiziya muğam müsabiqələrinin aparıcısı Natəvan Osmanlı məlumat verib. O bildirib ki, müsabiqə mart ayında beynəlxalq səviyyədə davam etdiriləcək. “Bu festival çərçivəsində beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edəcək iştirakçılar müəyyən olundu. Tədbirdə iştirak edən mədəniyyət və turizm Naziri Əbülfəz Qarayev gənclərə gələcək fəaliyyətlərində uğurlar dilədi. Pul mükafatını və diplomları isə qaliblərə təhsil nazir Misir Mərdanov təqdim etdi. Tədbirin sonunda qaliblərin qala konserti təşkil olundu. Və onların hər biri bir musiqi ifa etdilər”.

N. Osmanlının sözlərinə görə, festivalda İnstrumental heyətə Sədrliyi Siyavuş Kərimli edib. Heyət üzvləri isə əməkdar incəsənət xadimi Nazim Kazımov, əməkdar incəsənət xadimi Məmmədağa Kərimov, xalq artisti, professor Möhlət Müslümov, xalq artisti, professor Fəxrəddin Dadaşov, əməkdar artist Təranə Əliyeva, əməkdar artist Elşad Cabbarovdan ibarət olub. Xanəndələrin münsiflər heyətinin sədrliyi də Siyavuş Kərimliyə həvalə edilib. Münsifləri heyətində xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət olub.   İnstrumental ifaçıların arasında ilk üçlükdə birinci yerin qalibləri Şəhriyar İmanov və Bəhruz Zeynalovdur. İkinci yerdə qərarlaşan Pərviz Quliyev və Aysu Sadıqova olub. Üçüncü yerin sahibləri Şəhriyar Musayev və Təbriz Yusibovdur.  

Xanəndələr arasından ilk üçlük belə bölünüb: birinci yer – Mirələm Mirələmov, ikinci yer –Səbinə Ərəbli, üçüncü yeri – Adgül Mirzəliyev və Arif Hüseynov.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə yenidən təşkil olunan bu müsabiqədə muğam layihələrini uğurlu təqdim edən aparıcı kimi Natəvan Osmanlıya da pul mükafatı və fəxri fərman verilib.  

 

Pərvin Arzuqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır