Modern.az

Obama adminstrasiyası Konqresi fikrindən daşınmağa çağırır

Obama adminstrasiyası Konqresi fikrindən daşınmağa çağırır

4 Mart 2010, 19:52

Obama adminstrasiyası Konqresi Osmanlı Türkiyəsində ermənilərin öldürülməsini soyqırım kimi tanıyan qətnaməni qəbul etməməyə çağırır. Bu barədə Associtaed Press agentliyi xəbər yayıb.
Qətnamənin qəbulu üçün səsvermə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində bu gün keçirilir və onun qəbul ediləcəyi ehtimalının böyük olduğu bildirilir.
Ancaq Ağ Evin sözçüsü Mayk Hammer deyib ki, Dövlət katibi Hillari Klinton komitənin sədri, Demokralar partiyasının Konqresdəki nümayəndəsi Hovard Bermanla çərşənbə günü danışıb və bildirib ki, qətnamə qəbul olunarsa, Türkiyə-Ermənistan barışıq prosesinə zərər vura bilər.
Prezident Barak Obama seçki kampaniyası dövründə qırğınları "soyqırım" kimi tanıyacağına söz verib. ABŞ-ın NATO-da müttəfiqi Türkiyə Yaxın Şərq və Əfqanıstanda Amerikanın maraqları üçün mühüm rol oynayır və xəbərdar edib ki, belə bir qətnamə iki ölkə arasında münasibətlərə təhlükə ola bilər.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir