Modern.az

Məşhur yazıçıların həyat hekayələri

Məşhur yazıçıların həyat hekayələri

23 Fevral 2013, 13:17

Modern.az-da ədəbi əhvalatlar...

Turgenev və dilənçi

Bir gün şaxtalı havada məşhur rus yazıçısı Turgenevevin qarşısına dilənçi çıxır. Soyuqdan əsən dilənçi Turgenevdən pul və yaxud yeyəcək nəsə istəyir. Turgenevin dilənçiyə verəcək heç nəyi olmur. Üzrxahlıqla onun əlini öz əllərinin arasına alır, şəfqətlə əllərini isidir. Sonda utnacaq bir şəkildə “Qardaş, bağışla pulum yoxdur” deyir, ardınca da “Sənə heç nə verə bilmirəm” əlavə edir.
Dilənçi isə cavabında: “Siz mənə çox şey verdiniz. Əllərimi isidib “qardaşım” dediniz. Bundan böyük nə var ki?”.

Ən yaxşı tərif

Bir dəfə dahi yazıçı Viktor Hüqodan soruşurlar: “Bu vaxta kimi barənizdə eşidiyiniz ən böyük tərif hansıdır?”
Hüqo cavab verir: “Bir gün gecə ikən evə çatdım. Qulluqçumu səslədim, eşitmədi. Böyrəklərim sözümə baxmırdı. Məcbur olub təbii ehtiyacımı evimin divarının yanında ödəməyə başladım. Birdən yolla keçən bir avara məni söydü. “Ey heyvan, o divarı niyə murdarlıyırsan? Sən bilirsən ki, o dahi Viktor Hüqonun evinin divarıdı?”. Bax, bu mənim həyatda eşitdiyim ən yaxşı tərif olub”.

Hazırladı: Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi