Modern.az

Bir gündə 5 intihar

Bir gündə 5 intihar

5 Mart 2010, 09:51

FEVRALDA ÖZÜNƏ QƏSD EDƏNLƏR ARASINDA MƏKTƏBLİLƏR VƏ HƏRBÇİ DƏ VAR

Modern.az ölkədə baş verən və rəsmi qurumların da təsdiqlədiyi  intiharların aylıq statistikasını aparmaqda davam edir. Statistikaya görə, 2010-cu ilin fevral ayında Azərbaycanda 25 nəfər intihar edib. Həyatına qəsd edənlərin 5 nəfəri məktəbli və yeniyetmədir. Onların 3-ü oğlan, 2-si qızdır. Məktəblilərin intiharı

Ötən ay özünə qəsd edənlərdən biri Yevlax rayonu, Qaramanlı kənd sakini, 15 yaslı (9-cu sinif sagirdi) Nəriman Məmmədov olub. O, özünü asıb. Qusar rayonu Əvəcuq kənd sakini (9-cu sinif şagirdi) Həzrətəli Salahov da özunəqəsdi asmaqla həyata keçirib. Salyan rayonu, Arbatan kənd sakini, 16 yaşlı Şəmsəddin İbrahimov isə gunorta saatlarında ailə uzvləri ilə nahar etdikdən sonra həyatına qəsd edib. Səbail rayonunda 17 yaşlı Rəfiqə Əzizova çoxlu “Anaprelen” dərmanı içərək intihar edib. Ən dəhşətli intihar faktı isə Ucar rayonunda qeydə alınıb. Bərgüşad kənd sakini, 13 yaşlı Qəmfirə Atakişiyeva evdə özündən on yaş kiçik bacısının gözü qarşısında özünu asıb. Mudafiə Nazirliyinin Goranda yerləsən "N" saylı hərbi hissəsində xidmət edən əsgər Elcin Abduləzimov da özunu asıb. Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgərin dayısı Mehdi əli oglu Atasovun verdiyi məlumata görə, E.Abduləzimov zabit və çavuşlar tərəfindən incidilib və onun özunə qəsd etməsinə səbəb də budur. Kişilər niyə özünəqəsdə al atıb?

Fevral ayında həyatına qəsd edənlərin 15 nəfəri kisi olub. Gəncə Rayonlararası Ağciyər Dispanserində mualicə olunan Gədəbəy rayon sakini, 44 yaslı Natiq Əfəndiyev burada sol qolunun damarını kəsərək intihar edib. Rusiya Cinayət Məcəlləsi ilə axtarışda olan Neftçala rayon sakini Səxavət Zeynalov özünu Nərimanov rayonu ərazisində ağacdan asıb. Daha bir Neftcala rayon sakini, 54 yaşlı Fəxrəddin Abdullayev isə Səbail rayonunda intihar edib. Bir neçə dəfə intihara cəhd edən 55 yaşlı Siyəzən rayonu, Yenikənd sakini Ələddin Alışov bu dəfə özunu asmaqla niyyətini reallaşdırıb. Zaqatala rayonunda 74 yaslı Tinov Zevzayev (o, uzun muddət diş həkimi işləyib) məlum olmayan səbəbdən qolunun vena damarını kəsərək özünə qəsd edib. Gəncə şəhərində isə Azərbaycan Dövlət Aqrar Universitetinin muəllimi və kitabxananın mudiri, 62 yaşlı Nizami Cəfərov özünü asıb. Qadınların intiharı

Ötən ay intihar edən qadınlardan biri on gün itkin düşərək sonra evə qayıdarkən əri tərəfindən qəbul edilməyən 30 yaşlı Nübar Məmmədova olub. Suraxanı rayonu, Yeni Günəşli qəsbəsində 55 yaşlı Mələk Yusifova isə özünü yandıraraq həyatına son qoyub. Əzizbəyov rayonunda isə 38 yaşlı Anaxanım Əzimova qardaşına məxsus ov tufəngi ilə özünü öldurub. Bir gündə 5 suisid

Fevral ayının 23-də 5 intihar hadisəsi birdən qeydə alınıb. Həmin gün Tovuz rayonunda 2 kişi özünü asıb. Ötən ay ən çox intihar faktı Qərb bölgəsində baş verib. Bunların 3-ü Gəncə şəhərində olub. Şimal-qərb bölgəsində qeydə alınan 3 intihar hadisəsinin hamısı Zaqatalada qeydə alınıb. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir