Modern.az

Qızıl Aypara Cəmiyyətinin rəhbəri və üzvləri təltif edilib

Qızıl Aypara Cəmiyyətinin rəhbəri və üzvləri təltif edilib

Mədəni̇yyət

5 Mart 2010, 10:40

Prezident İlham Əliyev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar bu təşkilatın rəhbəri və üzvlərindən bir qrupunun təltif edilməsi barədə sərəncam imzalayıb.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Davud oğlu Aslanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər bir sərəncamına əsasən, Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Bayramov Rafiq Şərafəddin oğlu
Əmirova Yaməntac Vasif qızı
Əsgərov Elçin Lazar oğlu
Əsgərzadə Qafar Ələsgər oğlu
Hudulova Nəsibə Əmrullah qızı
İbrahimova Rəna Zakir qızı
İsgəndərova Xalidə Hüseyn qızı
Qocayev Əziz Məhi oğlu
Muradlı Vilayət Əyyam oğlu
Nəsibov Aydın Qoca oğlu
Rəhimov Elxan Rafiq oğlu
Sadıqova Ofelya Hətəm qızı
Sadıxov Nazim Əliş oğlu
Sultanov Ramazan Ələkbər oğlu
Talıbov Bəylər Rafail oğlu
Yaqubova Adilə Firuddin qızı

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır