Modern.az

Murad Mərcan: “Konqresdə son illərin ən böyük komediyası oynandı”

Murad Mərcan: “Konqresdə son illərin ən böyük komediyası oynandı”

5 Mart 2010, 10:57

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 22 səs əleyhinə, 23 səs lehinə olmaqla qondarma "erməni soyqırımı"nın tanıyıb. Modern.az türk mətbuatına  istinadən xəbər verir ki, bu hadisə Türkiyədə və bütün türk dünyasında ciddi təpkilə qarşılanıb.       

 

Əvvəlcədən onu deyək ki, xarici əlaqələr komitəsində qəbul olunan qərarda Amerika  prezidentindən  hər il aprelin 24-də Amerika xalqını “1915-ci il qurbanlar”nın xatirəsini anmağa dəvət etməsi istənilir. Qətnamənin Komitədə qəbul olunması heç də qanun anlamına gəlmir. Qərarın bundan sonra Nümayəndələr Palatasının Baş Məclisinə təqdim olunması gözlənilir. Baş Məclisin bu məsələni gündəliyə alıb-almaması isə hələlik məlum deyil.

 

Qərarın Komitədən keçməsinin ardından Vaşinqtonda olan Türkiyə Böyük Millət  Məclisinin nümayəndə heyəti mətbuat üçün açıqlama verib. TBMM-nin xarici əlaqələr komitəsinin rəhbəri Murad Mərcan qeyd edib ki, bu prosesdə tək qazanan ABŞ-dakı bir ovuc erməni diasporasının bolgədəki  barışı baltalama niyyətidir.  Onun sözlərinə görə, ermənilər məhz ən yaxşı niyyətləri baltalama məsələsində bacarıqlı olublar.  Mərcan qondarma qətnamənin səsə qoyulmasını son vaxtların ən böyük komediyası adlandırıb.   Mərcan qeyd edib ki, Konqresin bəzi üzvlərinə qondarma sənədi dəstəkləmələri üçün təzyiqlər olub. Səsvermə prosesinin vaxtının son dərəcə gərəksiz yerə uzadılması da buna dəlalət edir.   “Amerkalılar komediya filmlərini çox sevirlər, bu günkü səsvermə də ən böyük komediyadır”,-deyə Mərcan bildirib. O, son hadisələrin Türkiyə-ABŞ münasibətlərini dalana sürükləyəcəyindən və Ermənistanla nizamlama prosesinə ciddi zərər  vuracağından narahat olduğunu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir