Modern.az

Türmələrdəki əlil məhkumlara protezlər verilir

Türmələrdəki əlil məhkumlara protezlər verilir

5 Mart 2010, 11:31

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Bərpa Mərkəzi ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən 37 nəfər əlil məhkumun müxtəlif protezlərlə təmin olunmaları nəzərdə tutulub. Modern.az-ın məlumatına görə, martın 3-də Penitensiar Xidmətin 1 və 6 saylı cəzaçəkmə müəssisələrində məhkumlara protezlər təqdim olunub. 1 sayı cəzaçəkmə müəssisəsində 4 nəfər, 6 saylı cəzaçəkmə müəssisəsidə isə 3 nəfər məhkum protezlərlə təmin olunub. Bundan əlavə, ayrı-ayrı cəzaçəkmə müəssisələrində cəza çəkən daha 10 nəfər məhkuma müxtəlif protezlər verilib. Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!