Modern.az

PKK-nın televiziyası bağlandı, Türkiyə Avropada tutulan PKK-çıları istədi

PKK-nın televiziyası bağlandı, Türkiyə Avropada tutulan PKK-çıları istədi

5 Mart 2010, 12:30

Bu səhər Belçikada PKK-nın yayın orqanı “Roj” televiziyasının fəaliyyəti dayandırılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, 300 federal polis PKK-ya aid 25 məntəqədə eyni zamanda əməliyyat keçirib.  PKK Kongra-gel-in başçısı Zübeyir Aydar və Rəmziyə Kartal həbs olunub. “Roj” telestudiyasına hücum gedişində separatçı telekanalın yayımı dayanıb və 10 nəfər işçi həbs olunub. Əməliyyət gedişində 15 PKK-çı yaxalanıb. Polis  təşkilata aid  bir sıra sənədlər aşkar edib.  Qeyd edək ki,  PKK terror təşkilatı Avropa Birliyinin terrorçu təşkilatlar sıyahısndadır. Belçiki hökuməti də buna görə terrorçu  quruma müntəzəm təzyiqlər edir.

 

Modern.az-ın ən son məlumatına görə, Türkiyə Belçikadan həbs olunmuş PKK-çıların təhvil verilməsini istədi.      

  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır