Modern.az

Yusif Səmədoğlunun şedevri - “Biz alışmışıq ona-buna yüksək qiymət verməyə”

Yusif Səmədoğlunun şedevri - “Biz alışmışıq ona-buna yüksək qiymət verməyə”

26 Fevral 2013, 17:23


Modern.az
saytı sizə “Şedevr”  rubrikasından yeni yazını təqdim edir. Burada məqsəd Azərbaycan ədəbiyyatında səs-küyə səbəb olmuş,  rezonans yaratmış əsərlərə müraciət edib  onları gənc  nəslə yenidən təqdim etməkdir. Bu dəfə toxunduğumuz əsər Yusif Səmədoğlunun “Qətl günü”  romanıdır.

 Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı 1987-ci ildə çap olunub. Roman həqiqətən də Azərbaycan nəsri üçün əsil şedevr idi .Oxucu əlinə aldığı bu qeyri-adi romamndan ayrılmaq belə, istəmirdi. Dəyişən süjet xətləri,   bir aləmdən ayrı aləmə düşmək oxucunu heyrətləndirirdi. Azərbaycan ədəbiyatında bu işi ancaq “Qətl günü”   romanı görə bildi.

“Qətl günü”  Azərbaycan  ədəbiyyatında  şərin bədii  obrazını yaratmış ən qüvvətli əsərlərdən biridir. Roman üç süjet xəttinə malikdir, əsərdə üç ayrı-ayrı dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Qacar işğalıyla 37-ci il repressiyası arasında paralellər aparan yazıçı çox maraqlı nəticələrə gəlib çıxır.

Əsər çap olunandan sonra mətbuat bu fikri xüsusilə vurğulayıb ki, “Qətl günü” Azərbaycan romançılığında yeni mərhələdir.  Romanla bağlı bəzi ədəbi xadimlərin fikirlərini sizlərə çatdırırıq.         

Yaşar (yazıçı- tərcüməçi)

- Bu roman həqiqətən də Azərbaycan nəsrində böyük bir hadisə idi. Roman yazılanda hələ SSRİ-nin canı üstündə idi. SSRİ dönəmində o cür cəsarətlə yazılmış roman hələ heç vaxt “Qlavlit”dən çıxmamışdı. Amma Azərbaycanda bu roman nəşr olundu və əks-səda doğurdu. Romanın əsas məziyətlərindən biri də  cəsarətllə yanaşı, yüksək  bədii keyfiyyətə malik olması idi. Cəsarətlə yazılan əsərlərin heç də hamısında bu olmur. “Qətl günü”  ilə yanaşı, yenidənqurma dövründə çox əsərlər yaranmışdı ki, onların hamısında cəsarət var idi. Lakin Yusif Səmədoğlunun bu romanı onlardan kəskin surətdə fərqlənirdi. Roman nəşr olunan kimi böyük ədəbi hadisəyə çevrildi, əl-əl gəzdi, haqqında çoxlu yazılar yazıldı. Həm də sonradan rus dilinə tərcümə edilərək Sovet miqyasında tanındı. Yeganə roman idi ki, bu miqyasda tanınırdı. Romanda müəyyən məqamlar var ki, Bulqakovun  “Master və Marqarita” əsərinə uyğun gəlirdi. Yəni oxşarlıq təşkil edən nöqtələr var idi. Həm də struktur baxımından oxşarlıq var idi. Yəni,  bu əsəri də roman içində roman adlandırmaq olardı. Həmçinin,  bəzi obrazlar da uyğun idi. Belə ki, orda Master,  burda Sədi Əfəndi, orda Begemot,  burda Kirlikir obrazları tutuşur. Hər ikisində romanı oxuyandan sonra görürsən ki, sən demə bu Sədi Əfəndi yaxud da Masterin romanı imiş. “Qətl günü”  həm də   Markesin “Yüz ilin tənhalığı”  romanına da bənzəyir. Orda da eyni strukturdu. Orda da roman içində romandı. Amma bu plagiatlıq deyil, ənənədi. Əgər bu iki romanda dəyən nöqtələr olmsaydı, “Qətl günü” dünyada ədəbi hadisəyə çevrilərdi. O, sanki Vaqif Mustafazadənin cazına, Alimin muğamına oxşayır.

Vaqif Bayatlı Odər (şair)

- “Qətl günü” deyərdim ki, nəinki Azərbaycanın, hətta dünyanın ən böyük romanlarından biridir. Biz alışmışıq ona-buna, xarici ölkə yazıçılarına yüksək qiymət verməyə. Öz yazarlarımızın qədrini bilmirik. “Qətl günü” fikrimcə dünyanın bir neçə dilinə tərcümə olunsa, xeyli oxucu kütləsi qazana bilər. Həmin romanı yazan vaxt biz Yusif Səmədoğlu ilə bir yerdə işləyirdik. O “Ulduz” jurnalının baş redaktoru idi. Mən isə poeziya şöbəsinin rəhbəri idim. Həmişə romanın əhval-ruhiyyəsində idi. Mənə deyirdi ki, “sənin seirlərindən də bir-iki yerdə istifadə etmisəm”. Oxuyanda gördüm ki, şeirimin özü olmasa da, ruhu bir-iki yerdə var. Yusif Səmədoğlu fikrimcə dünyanın ən böyük yazıçılarından biridir.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər