Modern.az

“Eurovision”un qalibi Eldar Qasımov qırmızı diplom alıb

“Eurovision”un qalibi Eldar Qasımov qırmızı diplom alıb

İqtisadiyyat

27 Fevral 2013, 16:04


“Eurovision – 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov Slavyan Universitetindən qırmızı diplomunu alıb. Modern.az-a universitetdən verilən məlumata görə, universiteti əla qiymətlərlə başa vuran müğənni bu gün magistratura şöbəsindən diplomunu götürüb. 
Qeyd edək ki, Eldar Qasımov 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. 2012-ci ildə magistr pilləsini qurtarıb.

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir