Modern.az

Azərbaycandan xaricə işləməyə və müalicəyə gedənlər gələnlərdən çoxdur

Azərbaycandan xaricə işləməyə və müalicəyə gedənlər gələnlərdən çoxdur

5 Mart 2010, 14:58

 

Dövlət Statistika Komitəsi (DSK) 2009-cu ilin iyul, sentyabr və noyabrında hər ay bir həftə ərzində ölkənin bütün sərhəd-buraxılış məntəqələrində keçirdiyi 15 min miqrantı əhatə edən “Miqrasiya proseslərinin öyrənilməsinə dair” seçmə statistik müayinənin nəıticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, DSK-nın statistik müayinəni keçirməkdə əsas məqsədi ölkədə miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsindən, miqrasiya axınları haqqında statistik məlumatların dəqiqləşdirilməsi və onun istiqamətlərinin, eləcə də səbəblərinin müəyyənləşdirilməsindən ibarət olub.

Statistik müayinə ilə əhatə olunmuş miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olub, gələnlərin 66,2 faizini, gedənlərin isə 66,8 faizini kişilər təşkil edib.

Azərbaycana gələnlərin 46,1 faizi, ölkədən gedənlərin isə 46,5 faizi hava yolları, müvafiq olaraq 17,3 və 17,4 faizi dəmir yolları, 36,6 və 36,1 faizi avtomobil yollarından istifadə ediblər.

Müayinənin nəticələrinə görə ölkəyə gələnlərin 47,6 faizi, gedənlərin isə 27,6 faizi öz evinə qayıdanlar, müvafiq olaraq 18,1 və 15,5 faizi qonaq, 7,5 və 10,4 faizi turist kimi, 7,2 və 16,3 faizi işləməyə, 6,9 və 6,3 faizi xidməti və işguzar ezamiyyətə gələnlər və gedənlərdir.

İşləməyə gələnlərin 73 faizi, gedənlərin 80 faizi haqqı ödənilən əmək fəaliyyəti ilə, qalanları isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərdir.

Azərbaycandan işləməyə gedənlərin sayı ölkəmizə işləməyə gələnlərin sayından 2,2 dəfə, müalicəyə gedənlərin sayı gələnlərdən 2,8 dəfə, oxumağa gedənlərin sayı gələnlərdən 63,6 faiz, turist kimi ölkədən gedənlərin sayı ölkəyə gələnlərdən 38,4 faiz çox, gələnlərin tərkibində evə qayıdanların sayı gedənlərin sayından 72,5 faiz, qonaq gələnlərin sayı qonaq gedənlərin sayından 16,7 faiz çox olub. Oxumağa gələnlərin 64,7 faizini, müalicəyə gələnlərin 52,2 faizini, qonaqların 57,2 faizini, oxumağa gedənlərin 62,1 faizini, müalicəyə gedənlərin 50,6 faizini, qonaqların isə 47 faizini kişilər təşkil edib.

Mütləq əksəriyyətini gənclər təşkil edən oxumağa gedən və gələnlər, eləcə də 50 və yuxarı yaşda olan, müalicəyə gedən və ya gələn miqrantlar istisna edilməklə, miqrasiyanın yerdə qalan məqsədləri üzrə istər gələnlər və istərsə də gedənlər arasında 30-49 yaşında miqrantlar çoxluq təşkil edir. Xidməti və ya işgüzar ezamiyyətə gələnlərin 80, gedənlərin isə 73 faizini, işləməyə gələnlərin 72, gedənlərin isə 69 faizini 30-49 yaşında olan miqrantlar təşkil edib.

Oxumağa gedən 18-29 yaşlı gənclərin sayı ölkəyə gələnlərdən 68 faiz, 50 və yuxarı yaşlılar arasında müalicəyə gedənlərin sayı gələnlərin sayından 2,8 dəfə çox olub.  

Müayinənin yekunlarına görə, Azərbaycana gələnlərin 46,6 faizi MDB üzvü olan dövlətlərdən (onların ümumi sayından 39,2 faizi Rusiya Federasiyasından gələnlərdir), 13,2 faizi Türkiyədən, 13 faizi Gürcüstandan, 11,7 faizi İran İslam Respublikasından, 5,2 faizi Birləşmiş Ərəb Əmirliklərindən, 3,5 faizi Avstriyadan, 1,6 faizi Böyük Britaniyadan, 5,2 faizi isə digər ölkələrdən gəliblər.

Yeni daimi yaşayış yerlərinə gələnlərin 41,8 faizi, müalicəyə və qonaq gələnlərin müvafiq olaraq 43,4 və 59,7 faizi MDB ölkələrindən, işləməyə və turist kimi gələnlərin isə müvafiq olaraq 34,1 və 37,9 faizi İran İslam Respublikasından 24,7 və 13,2 faizi Türkiyədən gəliblər.

Ölkədən gedənlərin 47,7 faizi MDB ölkələrinə (onların ümumi sayından 44,5 faizi Rusiya Federasiyasına) 13,8 faizi Türkiyəyə, 11,5 faizi Gürcüstana,10,8 faizi İran İslam Respublikasına, 16,2 faizi isə digər ölkələrə gedənlərdir.

Yeni daimi yaşayış yerinə gedənlərin 80 faizi, işləməyə gedənlərin 71,2 faizi, müalicəyə və oxumağa gedənlərin müvafiq olaraq 57,4 və 47,4 faizi Rusiya Federasiyasına gedənlərdirsə, turist kimi gedənlərin 22,8 faizi Türkiyəyə, 15,2 faizi İran İslam Respublikasına, 8,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə və 8 faizi Avstriyaya gedənlərdir. Oxumağa gələnlərin 32,1 faizi Gürcüstandan, 22,5 faizi Türkiyədən, 21,9 faizi İran İslam Respublikasından gəlmiş, ölkəmizdən oxumağa gedənlərin 47,4 faizi Rusiya Federasiyasına, 24,5 faizi Türkiyəyə, 9,8 faizi Böyük Britaniyaya getmişdir.

Azərbaycana gələnlərin 49,8 faizi, gedənlərin isə 68,1 faizi Azərbaycan vətəndaşları, gələnlərin 68,5 faizi, gedənlərin isə 73,7 faizi milliyətcə azərbaycanlılar, müvafiq olaraq 6,2 və 4,7 faizi ruslar, 5,8 və 3,6 faizi türklər, 2,9 və 2,4 faizi gürcülərdir.

Gələn və gedənlərin müvafiq olaraq 78 və 81 faizi nikahda olanlardır.

Müayinənin nəticələri göstərir ki, gələnlərin 39 faizini ali, 23,2 faizini orta ixtisas, gedənlərin isə 37,5 faizini ali, 24,5 faizini orta ixtisas təhsili olan mütəxəssislər təşkil edib.

Yeni daimi yaşayış yerinə köçüb gedənlərin 40 faizi ali, 30,8 faizi orta ixtisas təhsilli mütəxəssislərdir. Miqrantların son yaşayış yeri üzrə məşğuliyyətinə görə, gələnlərin 25,2 faizi ticarət sistemində, 6 faizi nəqliyyatda işçiləri, 4,7 faizi fəhlə işləmiş, 4,3 faizi müəllim, 3,5 faizi mühəndis, 3,1 faizi həkim, 3,1 faizi kənd təsərrüfatı, 2,1 faizi maliyyə, mühasibat və bank, 1,6 faizi rəhbər işçi, 7,9 faizi evdar qadın, 6,9 faizi tələbə, 3,9 faizi işsiz, 2,6 faizi pensiyaçılar olmuşdur. İşləməyə gələnlərin 30,8 faizi ticarət işçiləri, 10,5 faizi fəhlə, hərəsi 5,7 faizi rəhbər işçilər, 5,7 faizi mühəndislər, müalicəyə gələnlərin 16,5 faizi pensiyaçılar, 14,3 faizi evdar qadınlardır.

Ölkəmizdən gedən, əvvəllər fəhlə işləmiş miqrantların 51,3 faizi, ticarət işçilərinin 26,7 faizi, işsizlərin 25,3 faizi, rəhbər vəzifələrdə işləmiş miqrantların 23,6 faizi və nəqliyyat işçilərinin 17,2 faizi işləməyə getdiklərini bildiriblər.

Həm Azərbaycana gələnlər, həm də Azərbaycandan gedənlər arasında əvvəl yaşadığı ölkəni tərk etməyin əsas səbəbləri kimi şəxsi və ailə problemləri, iş tapmaq imkansızlığı, əmək haqqının azlığı göstərilib.

İş tapmaq imkanı olmadığına görə ölkəyə gələn miqrantların 82,3 faizi, gedənlərin isə 85 faizini azərbaycanlılar təşkil edib. Türklərin xüsusi çəkisi müvafiq olaraq 7,1 və 2,4 faiz, rusların - 0,9 və 1,1 faiz olub.

Əmək haqqının azlığına görə öz ölkəsini tərk edib Azərbaycana gələnlərin 77,3 faizini, Azərbaycandan gedənlərin isə 86,9 faizini milliyyətcə azərbaycanlılar, müvafiq olaraq 9,1 və 1,6 faizini türklər, 2 və 0,7 faizini ruslar təşkil edib.

Ölkəyə gələn miqrantlardan 48,9 faizi əvvəllər 12 ay və daha çox müddətdə Azərbaycanda, gedən miqrantlardan isə 49,3 faizi xaricdə yaşamışlar.

Azərbaycana gələnlərin 52,1 faizi bir ayadək, 14,4 faizi 1-6 ay, 5,3 faizi 7-12 ay və 28,2 faizi 1 ildən artıq müddətə gəlib. Gedənlərin xüsusi çəkisi qeyd edilən müddətlərə görə müvafiq surətdə 53,2; 18,1; 8,7 və 19,9 faiz olub.

Azərbaycana gələn Hindistan (64,3%), Böyük Britaniya (27,0%), Pakistan (25,6%) və Almaniya (21,9%) vətəndaşları arasında 1 ildən artıq müddətə gələnlərin xüsusi çəkisi daha çox olub. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi