Modern.az

TQDK Türkiyə universitetlərinə sənəd qəbulunun vaxtını açıqladı

TQDK Türkiyə universitetlərinə sənəd qəbulunun vaxtını açıqladı

5 Mart 2010, 16:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ilində dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gənclərndən sənəd qəbulunun vaxtını elan edib.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 2010/2011-ci tədris ilində Türkiyə Dövləti xətti ilə Türkiyə Respublikasının universitetlərində təhsil almaq istəyən Azərbaycan gəncinin 1 yanvar 2010-cu il tarixinə yaşı 24-ə çatmamalıdır. Orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilərlər. Türkiyədə dövlət xətti ilə təhsil alaraq hər hansı səbəbdən təhsilini yarımçıq qoymuş və ya xaric olunmuş, ali məktəb tələbəsi və ya məzunu olan şəxslər ərizə verə bilməzlər. Ərizələrin qəbulu 5 - 17 aprel 2010-cu il tarixlərində saat 10-dan 17-dək aşağıda göstərilən Sənəd Qəbulu Komissiyalarında aparılacaqdır:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?