Modern.az

Brilliant Dadaşova hiddətlənib: "Səngərdə oxuyanda bətnimdəki 3 uşağı itirmişəm" - İTTİHAM

Brilliant Dadaşova hiddətlənib: "Səngərdə oxuyanda bətnimdəki 3 uşağı itirmişəm" - İTTİHAM

Mədəni̇yyət

28 Fevral 2013, 15:28

“Həmən Brilliantam, heç kim mənə vətənpərvərlik öyrətməsin”


  Xalq artisti Brilliant Dadaşova özünün sosial şəbəkədəki rəsmi səhifəsində əsəbi status yazıb. Modern.az bildirir ki, psevdovətənpərvərlərə ünvanladığı sərt mesajında Xalq artisti Qarabağ müharibəsinin səngərlərində dəfələrə olduğunu bəyan edib. 

“Mən soyuqda, avtobusda neçə kilometr yol gedib səngərlərdə, dizə qədər palçığın içində vətənpərvər mahnılar oxuyub konsert verən həmən o Brilliantam. Heç kim mənə vətənpərvərlik öyrətməsin. Mən bunu əsgərlərimizin əhvalını yaxşılaşdırmaq, dəstək olmaq üçün etmişəm. İndi hər fürsətdə mənə heç kəs vətənpərvərlik öyrətməsin”-deyə xanım Dadaşova hiddətlə yazıb.  

Daha sonra bu konsertlər zamanı bətnindəki uşağı belə, itirdiyini yazan B.Dadaşova kəskin mesajını davam etdirib: “3 dəfə bətnimdə 4-5 aylıq uşağımı itirmişəm. Sancılarla birbaşa rayonlardakı xəstəxanaya aparılmışam. İndi isti yerdə oturub çığıranlar çox olar...”-deyə Xalq artisti yazıb.

Şahanə Rəhimli        
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır