Modern.az

«Qaradağ Sement» və idman

«Qaradağ Sement» və idman

5 Mart 2010, 15:01

«Qaradağda müəssisələr çox olsa da, onlar «Qaradağ Sement»dən fərqli olaraq rayonun ictimai həyatında iş görmürlər»

“Ötən il respublika üzrə keçirilən stolüstü tennis yarışlarında yaşıdlarımı qabaqlayaraq ikinci yeri tutdum. Buna görə müləlimlərimə və «Qaradağ Sement» zavodunun rəhbərliyinə minnətdaram. «Qaradağ Sement»in məşq etməyimiz üçün məktəbimizdə yaxşı şərait yaratması, həmişə bizə dayaq durması, bizi dəstəkləməsi məni daha yaxşı məşq etməyə həvəsəndirdi. Nəticədə Azərbaycan mili yığmasına düşdüm”.

Bu sözləri bizimlə söhbətində “Qaradağ Sement” ASC-nin maliyyə dəstəyi ilə dəfələrlə təmir edilən 19 saylı məktəbdə stolüstü tennis dərsləri alan 14 yaşlı Sahilə Xudiyeva bildirdi. Altı yaşından tennislə məşğul olan Sahilə Xudiyevaının ən böyük arzusu Azərbaycanı xaricdə layiqincə təmsil etməkdir. İnanır ki, gələcəkdə ölkəmizi xaricdə təmsil edərkən də adı çəkilən zavod ona maliyyə dəsətəyi verəcək.

«Zavod məktəbimizin məktəb olmasına yardım edib»

19 saylı məktəbin direktoru Süliddin Fərzəliyev də məhz “Qaradağ Sement”in göstərdiyi qayğı nəticəsində məktəbin şagirdlərinin dəfələrlə Azərbaycan və beynəlxalq yarışlarda iştirak etdiyini bildirdi. 855 şagirdin idmanla məşğul olduğu 19 saylı məktəb 2000-ci ildən ikitərəfli müqavilə əsasında «Qaradağ Sement» ASC ilə əməkdaşlıq edir, zavod məktəbə maliyyə dəstəyi verir. Süliddin Fərzəliyev deyir ki, Qaradağ rayonunda şirkətlər, böyük müəssisələr kifayət qədərdir: «Amma onlar «Qaradağ Sement» ASC kimi rayonun məktəbləri, imkansız vətəndaşları üçün heç bir iş görmürlər. «Qaradağ Sement» ASC-nin rəhbərliyi, bu işə məsul olan əməkdaşları məktəbimizin məktəb olması üçün əllərndən gələn yardımı ediblər. Maddi-texniki bazamızın yaxşılaşdırılmasında,  stolüstü tennis, şahmat, boks zallarının əsaslı təmiri üçün yardım göstəriblər, məktəbi inşaat materialları ilə təmin ediblər. Zavod tərəfindən bizə kompüter sinfinin təşkili üçün kompüterlər bağışlanıb. Hətta bir neçə komandamızın üzvlərinə idman geyimləri alınmasında da yardımçı olublar».

Süliddin Fərzəliyev də zavodun Qaradağ rayonu, xüsusilə Sahil qəsəbəsində idmanın inkişafı üçün xeyli işlər gördüyünü bildirdi. Onun sözlərinə görə, zavod 2001-2002-ci ildə idmançıların Aərbaycanı xarici ölkələrə ezam olunub orada ölkəmizi təmsil etməsinə də köməklik göstərib: «2000-ci ildə zavod qızlardan ibarət basketbol komandamızın Bolqarıstana ezam olunmasına yardımçı olub. Nəticədə qızlarımız üçüncü yeri tutdular».

Həndbola qayğı

«Qaradağ Sement» ASC-nin qadınlardan ibarət həndblol komandasının baş məşqçisi Lyudmila Şubina da «Qaradağ Sement»in idman sahəsində göstərdiyi qayğıdan ağızdolusu danışdı. Artıq 10 ildir komandalarının fəaliyyət göstərdiyini və Azərbaycanı müxtəlif beynəxalq yarışlarda təmsil etdiyini bildirdi: «2000-ci ildə mən xaricdə çalışırdım. Müqaviləmin vaxtı bitəndən sonra Azərbaycana qayıtdım və yaratdığımız komanda üçün sponsor axtarmağa başladıq ki, ölkəmizdə də həndbolu inkişaf etdirək. O vaxtdan «Qaradağ Sement» ASC komandamıza maliyyə dəstəyi göstərir. Əsas da budur. Bu zavodun göstərdiyi dəstək sayəsində oyunçularımız beynəlxalq miqyaslı yarışlara qatıla bilirlər. Hər il Avropada keçirilən yarışlarda iştirak edirik. Dörd dəfə Rusiyada keçirilən beynəlxalq yarışın qalibi olmuşuq. Rusiyanın həndbol komandaları çox güclü olsa da, bizim üçün onlarla yarışmaq çətin deyil. Bizim komandanın oyunçularından dörd qız Azərbaycanın həndbol üzrə yığma komandasının üzvüdür. Bu, bizim üçün fəxrdir».

«Beynəlxalq yarışlarda Azərbaycanın adını yüksəklərə qaldıracam»

Zavod yalnız qəsəbədə idman müəssisələrinə, idmançılara maliyyə yardımı etməklə, onların beynəlxalq yarışlarda iştirakını təmin etməklə kifayətlənmir. Eyni zamanda gənclər və yeniyetmələr arasında sağlamlığın qorunmasında idmanın vacibliyi ilə bağlı təbliğat, maarifləndirmə işləri aparır. Hətta Sahil qəsəbəsində aparılan təbliğat nəticəsində qəsəbə gəncləri arasında idmana maraq göstərib, gələcəyini idmana bağlayan yeniyetmə və gənclər də var. 13 yaşlı Valeh Kərimov da belələrindəndir. «Qaradağ Sement»in idmanla bağlı təşkil etdiyi tədbirərdən birində iştirak edəndən sonra Valeh idmanla məşğul olmağa qərar verib: «Evdəkilər də fikrimi dəstəklədilər. İndi karateyə gedirəm. İnanıram ki, beynəlxalq yarışlarda Azərbaycanın adını yüksəklərə qaldıracam».   

Onu da deyək ki, «Qaradağ Sement» ASC 19 saylı məktəblə birgə Sahil qəsəbəsində uşaq və yeniyetmələr arasında narkomaniyaya, siqaretə qarşı sağlam həyat tərzini təqdir edən aksiyaların keçirilməsi yönündə birgə tədbirlər həyata keçirib. «Qaradağ Sement»in təşkilatçılığı ilə keçirilən futbol həftəsində «Rassizmə yox deyək» adlı təbliğat işinin aparılması da yeniyetmələrimizdə irqi ayrı-seçkiliyin mənfi tərəfləri aşılanıb. 

Zavodun işçiləri arasında tennis yarışı

Zavod öz işçilərinin sağlamlığının da qayğısına qalmağı unutmur. İşçilərdə idmana - sağlam həyat tərzinə həvəs  oyatmaq üçün zavodun işçiləri arasnda stolüstü tennis və digər idman növləri üzrə mütəmadi olaraq yarışlar keçirir. Yeniyetmələrdə idmanın futbol növunə maraq yaratmaq üçün də zavod əlindən gələni edir. Ötən il Azərbaycan Futbol Assosiasiyası və 19 saylı məktəblə birgə zavod futbolun inkişafı ilə əlaqədar yeniyetmələr arasında turnir keçirib.

Zavodun dəstəklədiyi təşkilatlar arasında Azərbaycan Mili Olimpiya Komitəsi, Azərbaycanın qadınlardan ibarət həndbol komandası, «Qaradağ Sement» ASC-nin qadınlardan ibarət həndblol komandası, «Qaradağ Sement»in futbol komandası, eyni zamanda güləş yarışları, Qaradağ rayonunun yeniyetmələrdən ibarət karate komandası, Azərbaycan Stolüstü Tennis Federasiyası, atçılıq yarışları və s. var.

Qeyd edək ki, şirkətin əsas missiyası aid olduğu sənaye sahəsində çox hörmət olunan və cəlbedici şirkət olmaq, səhmdarlara, partnyorlarına, istehlakçılara və bütün cəmiyyətə mənfəət verməkdir. Eyni zamanda Holsim şirkətinin Qafqaz ölkələri və Xəzər regionuna aid strategiyasının aparıcı elementi olmaq, cəmiyytin gələcəyi üçün gözəl bünövrə bəxş etməkdir.

«İdman ölkənin dünya arenasına çıxması üçün bir vasitədir»

«Qaradağ Sement» ASC-nin idman sahəsinə verdiyi töhfələrlə bağlı zavodun mətbuat xidmətinin əməkdaşı Mehdi Mehdiyevlə də söhbətləşdik. O, idman sahəsinə göstərdikləri dəstəyin ölkənin ictimai-mədəni həyatında gördükləri işin yalnız bir hissəsi olduğunu bildirdi. Dedi ki, bədən tərbiyəsi və idmanın inkişafı dövlət üçün mühüm əhəmyiyət kəsb edən sahələrdən biridir: «Əgər idman bir tərəfdən ölkədə sağlam gəncliyin yetişməsində böyük rol oynayırsa, digər tərəfdən gənclərimizin asudə vaxtlarını səmərəli keçirməsinə imkan yaradır. Bundan başqa, idman həm də ölkənin dünya arenasına çıxması üçün bir vasitədir. Məhz buna görə «Qaradağ Sement» ASC olaraq həmişə ölkənin idman sahəsinə öz töhfəmizi verməyə çalışırıq». 

TARİX:

«Qaradağ Sement» zavoduun tikintisinə SSRİ Nazirlər Sovetinin qərarı ilə 1949-cu ildə başlanıb və zavod tezliklə iki fırlanan soba ilə istifadəyə verilib. Keçmiş Sovet İttifaqı ərazisində kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin olunmasında «Qaradağ Sement» zavodunun əvəzedilməz rolu olub. İstehsal gücünə görə Qafqaz ölkələri arasında ən iri müəssisə hesab olunan zavod sovet ölkələri arasında tamponaj sementin isthlsal olunduğu ilk müəssisədir. Zavoda yüksək ixtisaslı mütəxəsiislərin işlə təmin olunması nətcəsində 70-ci illərdə itehsal həcmi 1 500 000 ton olub.

Lakin Sovet İttifaqının dağılması zavodun itehsal prosesinə ciddi mənfi zərər vurdu. Minimal istehsal zavodun İsveçrənin “Holsim” şirkəti tərəfindən özəlləşdiriliməsinə qədər davam etdi.

1999-cu ildə sement zavodu özəlləşdirildi və onun adı dəyişdirilərək «Qaradağ Sement» ASC elan olundu. Müəssisənin səhmlərinin əksər hissəsi isə “Holsim” şirkəti tərəfindən satın alındı. İstehsalın artırılmasına Holsim şirkətinin ciddi münasibəti istehsal həcminin müvafiq olaraq 2003-cu ildə 900 min tona, 2004-cü il üçün isə 1 milyon  140 min tona çatmasına səbəb oldu. Hazırda isə zavod daha çox sement istehsal edir.

 

 

Lalə Musaqızı

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?