Modern.az

İki səs arasındakı Çaykovski - “Maestro”

İki səs arasındakı Çaykovski - “Maestro”

2 Mart 2013, 11:45



Modern.az
saytı “Maestro” rubrikasından yeni bir yazını sizlərə təqdim edir. Bu dəfəki qəhrəmanımız rus musiqisinin atası sayılan Pyotr İliç Çaykovskidir.                              

Onun bütün yaradıcılığı bu iki səs arasında qalmışdı...  Bəlkə də bu iki səsin bir-birinə qovuşmasından Çaykovski musiqisi yaranırdı...

Birincisi, onun böyüyüb formalaşdığı mühitin səsi...  XİX əsrin Rusiyası. Bir tərəfdən kübarların cəmləşdiyi, digər tərfədən də kasıbların, məzlumların yer aldığı sosial ziddiyətlərlə dolu olan bir cəmiyyət... Çaykovskinin də birinci səsi bu idi. Rus cəmiyyətinin mənəvi ab-havasından yaranan səs...

İkinci səs isə öz doğma səsi idi. Uşaq vaxtından heç kim tərəfindən birmənalı anlaşılmayan, çoxları tərəfindən başa düşülməyən səs. Məktəbdə hamı uşaq Piterin çox yaramaz, ümumiyyətlə səriştəsiz biri olacağını düşünürdü. Bir fransız tərbiyəçisi var idi. Gününün çoxunu onunla keçirirdi. Demək olar ki, ona hər şeyi öyrətmək istəyirdi. Amma kiçik Piter başqa Piter idi. Harda gəldi barmaqlarının hərəkəti ilə xəyalən pianino çalırdı. Bəlkə də öz səsini kiməsə çatdırmaq istəyirdi. Çünki o səsdən başqa, onun heç nəyi yox idi. Və o səs olmadan onun özü heç kim idi. Bir dəfə şüşənin üstündə o qədər pionino çaldı ki, şüşə axırda qırıldı və balaca Çaykovskinin əlini kəsdi. 
Ailəsi özlərinə görə var-dövlət sahibi idi. Çox tanınmış nəslin soyadını daşıyırdılar, həm də nənəsi fransız idi. Avropa geni özünü göstərdi. Evdə uşaq üçün xüsusi olaraq musiqi müəlliməsi tutmüşdular. O gündən Çaykovskinin üzü gülməyə başlamışdı. Bütün dərsləri buraxmışdı. Ancaq musiqiyə yön almışdı. O səs (içindəki səs) nə idisə ona imkan vermirdi qətiyyən. Hamı onu danlayırdı. Atası, anası, bütün qohumlar,  hətta dayısı da. Buna baxmayaraq, zorla onu hüquq məktəbinə qoydular. Amma o oxumadı. Gizlincə hüquq məktəbindən çıxaraq, Konservatoriyaya yazıldı. Həmin vaxt dayısı ona dedi:
“Ax Piter, Piter, necə oldu ki, sən hüquq isini adi bir tütəkçiliyə dəyişdin”.  
Lakin dayısı bilmirdi ki, o özünü sübuta yetirməkdən ötrü içindəki səsi hamıya çatdırmalıdır. Bunun üçünsə “tütəkçilik” yeganə üsul idi.

Və hər şey də o “tütəkçilikdən” başladı...

O içindəki səsin sirrini tapdı. Həmçinin onu necə ifadə etməyin sirlərini də öyrəndi. Artıq o bilirdi ki, onun iki səsi var. Biri əvvəldə dediyimiz cəmiyətin səsi. Digəri isə onun öz səsi. Məhz  o bu iki səsləri bir-birinə qovuşdura–qovuşdura, onların ahəngini,  sintezini  yarada–yarada özünün Çaykovski səviyyəsinə çata bildi. O, həm də böyük bir psixoloq idi. Çaykovski psixoloji aləm ilə bağlı olaraq yaradıcılığında insanın daxili aləminin təsvirinə üstünlük verirdi.  Onun yaradıcılığının mərkəzini fəlsəfi psixoloji problemlər tuturdu. Çaykovski daim öz qəhrəmanlarını onu əhatə edən mühitlə qarşı–qarşıya qoyaraq toqquşdururdu. O da, dövrünün bir sıra nümayəndələri kimi rus xalqının həyatında olan faciənin səbəbini axıradək dərk edə bilmirdi. Ona görə də bu mühiti böyük həyəcanlıqla keçirirdi.

Çaykovski yaradıcılığında bədbinlik, pessimizm əlaməti yoxdur. Onun faciələrində belə, ən faciəvi obrazlar ruh düşkünlüyündən uzaqda idi. Onun qəhrəmanları həyata inanır və mübarizə aparırdı. Çünki  onun bütün qəhramanları da Çaykovski səsini  insanlara çatdırmaqdan ötrü  yaranırdı. Bir dəfə Çaykovskidən soruşurlar: – “Necə oldu ki,  sizin nikahınız uğursuz alındı. (o vaxt dahi bəstəkar arvadından boşanmışdı. Ümumiyyətlə onun ailə sarıdan bəxti heç gətirməmişdi. ).
Çaykovski cavab verir:  - “Mən arvadımı Tatyana ilə səhf salmışam”. Tatyana müəllifi olduğu  “Yevgeni Onegin” operasının qəhrəmanı idi .

Tam olaraq həyatda öz obrazları ilə yaşayan bəstəkar həyatda heç kimə isinişə bilmirdi. Bir dəfə yaşlı, varlı messenant qadın ona vurulmuşdu. Amma Çaykovski messenantla tam rəsmi danışır, bir müddətdən sonra ondan pul xahiş edirdi. Səbəbi isə evlənməsi ilə bağlayır. Qadın çox pis olsa da, ona lazımı pulu yollayır. Daha 6 il heç yerdən qazanc mənbəyi olmayan Çaykovskinin pulla təmin edir. Amma o hamıdan qaçırdı. Evlənəndən sonra da həyat yoldaşı  ilə yaşamadı. Tamamilə hamıdan qaçdı. Öz səslərinin yanına qaçdı. Və bu səslərdən yaranan dünyəvi musiqinin sədaları indi də bizləri məftun etməkdədir...

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı