Modern.az

MKM narazı yazarla bağlı bəyanat verib

MKM narazı yazarla bağlı bəyanat verib

2 Mart 2013, 12:07



Milli Kitab Mükafatının “Uzun siyahısı”na düşməyən yazar Fərid Hüseyn müsabiqə ilə bağlı öz iradlarını səsləndirib. Bilidirib ki, onun əsəri münsiflər və ekspertlər tərəfindən oxunmayıb.

“Deyirlər ki, bütün əsərlərin üslubları eynidir. Amma mənim üslubum başqa idi. Ekspertlərin hansından soruşdumsa, dedilər ki, “əsər yadımda qalmayıb. Bununla bağlı məlumatımız yoxdur”. Bu da o deməkdir ki, mənim əsərimi heç kim oxumayıb”.

Modern.az məsələ ilə bağlı Milli Kitab Müsabiqəsinin təşkilatçısı “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərlidən münasibət öyrənib. O, bildirib ki, Fərid Hüseynlə bağlı MKM bəyanat yayıb. MKM tərəfində yayımlanan bəyanat bu gün Milli Kitab Müsabiqəsinin saytında yerləşdiriləcək.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir