Modern.az

Nazpəri Dostəliyeva İlhamə Quliyevadan prezidentə şikayət etdi - QALMAQAL

Nazpəri Dostəliyeva İlhamə Quliyevadan prezidentə şikayət etdi - QALMAQAL

Mədəni̇yyət

2 Mart 2013, 22:59



"Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıranda əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və bildirdilər ki, məni oraya xalq artisti İlhamə Quliyevanın şikayəti əsasında dəvət edirlər. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zidd əməl törətmədiyimi bilsəm də ,qanunlarımıza hörmət əlaməti olaraq idarəyə gəldim. İdarədə İ.Quliyevanın şikayət ərizəsi ilə tanış olduqdan sonra bunların həqiqətə uyğun olmadığını və mənə heç bir aidiyyəti olmadığıni bildirdim”.

Modern.az saytı "Axşam.az"a istinadən bildiri ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva deyib.

O bildirib ki, heç zaman KİV-də İ.Quliyevanın adını çəkməyib və onun barəsində hər hansı bir fikir bildirməyib:

“İdarəyə gələndən sonra İlhamə Quliyeva “106 FM” radiosunda məni təhqir etməyə və öz dostu, general-polkovnik Mirqafar Seyidovla təhdid etməyə başladı. O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Müğənniləri onun adı ilə qorxuzdurur.  Həmçinin  “Space” televiziya şirkətinin prezidenti Vaqif Mustafayevin də onun yaxın dostu olduğunu bildirir. İlhamə Quliyevanın sözlərinə görə, onun icazəsi olmadan Vaqif  Mustafayev müğənniləri efirə buraxmır. Mən isə özümə və digər xalq artistlərinə, mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığından bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, törədilmiş qanuna zidd əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni, o cümlədən xalq artisləri Məleykə Əsədova, Nisə Qasımova, Brilliyant Dadaşova, Səməd Səmədov və digərlərini təhdid edir. Mənim indiyə kimi heç bir qalmaqallarda, münaqişələrdə adım hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır. Mən başa düşmürəm, o, mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?
İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisti kimi həm bizlərə, həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu andan etibarən bütün işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyəvə həvalə etmişəm”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!