Modern.az

Dünyanın izlədiyi oyun - “Real” “Barselona”ya yerini göstərdi

Dünyanın izlədiyi oyun - “Real” “Barselona”ya yerini göstərdi

2 Mart 2013, 23:40

Martın 2-də bütün dünya azarkeşlərinin diqqəti İspaniyaya yönəlmişdi.

Əzəli rəqiblər – “Real” və “Barselona” bu dəfə La Liqanın 26-cı turunda Madriddə qarşılaşıblar. Bu, cari mövsümdə “Real”la “Barselona” arasında dördüncü qarşılaşma idi. Buna qədər La Liqadakı bir görüş heç-heçə yekunlaşmışdı – 2:2. İspaniya Kral kubokunda keçirilən ilk matçda da qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə “Real” səfərdə 3:1 hesabı ilə qələbə qazanmışdı.

Martın 2-də Bakı vaxtı ilə saat 19.00-da start götürən oyunda "Real" uğurlu seriyanı davam etdirərək “Barselona”ya yenə qalib gəldi. 

Real" - "Barselona" - 2:1
Qollar: Benzema, 6, (1:0), Messi, 17, (1:1), Ramos, 82, (2:1)

Oyunun sonlarında hakimin "Real"ın cərimə meydançasındakı qayda pozuntusunu penalti kimi qeydə almaması "Barselona"lı futbolçuların narazılığına səbəb olub. 90+4-cü dəqiqədə hakim çılğıncasına etiraz edən "Barselona"nın qapıçısı Viktor Valdesə qırmızı vərəqə də göstərib.

Xatırladaq ki, 26 turdan sonra "Barselona 68 xalla turnir cədvəlində birinci, "Atletiko" 25 oyundan 56 xalla ikinci, "Real" isə 55 xalla üçüncü pillədədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!