Modern.az

Qorbaçov yenə “perestroyka”dan danışır

Qorbaçov yenə “perestroyka”dan danışır

6 Mart 2010, 13:50

SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Rusiya hakimiyyət orqanlarını tənqid edir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  keçmiş prezident iddia edir ki, Rusiyanın indiki hakimiyyəti onun 1980-ci illərin əvvəllərində başlatdığı demokratik islahatlar prinsiplərindən uzaqlaşır. “Rerestroyka”nın başlamasının 25-ci ildönümünə həsr olunmuş çıxışında Qorbaçov indiki hakimiyyətin ölkəni modernləşdirdiyini, lakin əhalini yaddan çıxardığını deyib. Qorbaçov Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasını tənqid edib. O Putinin rəhbərlik etdiyi “Yedinaya Rossiya”nı  SSRİ dövründəki “KPSS”-lə müqayisə edib. Onun qənaətincə, Putinn partiyası ölkədə hakimiyyəti öz monopoliyasına alıb. Qorbaçovun fikrincə, Rusiyanın indiki hakimiyyət institutlarının əksəriyyətinin  hər hansı səlahiyyəti yoxdur. “Bizdə parlament var, lakin onu sözün klassik mənasında parlament adlandırmaq çətindir. Bizim məhkəmələrimiz var. Bizim hər şeyimiz var, lakin eyni zamanda heç nəyimiz yoxdur. Bütün bunlar dekorasiyadır”,-deyə Qorbi bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər