Bakı şəhərindəki orta məktəblərdə fənlərin tədrisi vəziyyəti yoxlanılır. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, araşdırma zamanı hər rayon üzrə davamlı olaraq 5 məktəbdə fənlərin tədrisi vəziyyəti öyrənilir. Sözügedən proses martın 15-nə qədər davam edəcək. Aparılan araşdırmaların sonunda vəziyyət metodiki şurada müzakirə olunacaq. Sonda təkliflər hazırlanaraq Təhsil Şurasının müzakirəsinə çıxarılacaq.