Modern.az

AYB: “O şair Əkrəm Əylisli məsələsini dərindən bilsəydi, belə etməzdi”

AYB: “O şair Əkrəm Əylisli məsələsini dərindən bilsəydi, belə etməzdi”

4 Mart 2013, 17:59

Gürcü şairi, Gürcüstan PEN klubunun üzvü Şota İataşvili Azərbaycan Yazıçılar Birliyinin yazıçı Əkrəm Əylisliyə münasibətinə etiraz olaraq Birliyin fəxri üzvlüyündən imtina edib. İataşvili Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin qurulmasında fəal iştirak edən şəxslərdəndir. O, Azərbaycan şair və yazıçılarının əsərlərini gürcü dilinə tərcümə edib yerli jurnallarda yayımlayıb almanax şəklində nəşr etdirirdi.

Artıq 10 ilə yaxındır ki, fəxri üzvü seçilmiş Şota İataşvilinin AYB-dən imtinasını Birliyin sözçüsü Ədalət Əsgəroğlu belə şərh edib:

“Şota Yazıçılar Birlliyinin üzvü olan və olmayan Azərbaycanlı yazarların əsərlərini gürcü dilində çap edib yayımlayırdı. Bu xidmətlərinə görə Şotaya yazıçılar Birliyinin fəxri üzvü adı verildi. Amma indi o, məlum olaylara görə bundan imtina edirsə təbii ki, şəxsi işidir. Əminəm ki, o, Əkrəm Əylisli ilə bağlı məsələni dərindən bilsəydi, heç vaxt bu hərəkəti etməzdi. Qəti qərarım budur ki, İataşvili məsələnin məğzindən bixəbərdir”

 

Elmin Nuri

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir