Modern.az

“Yəhudi lobbisi göstərmək istədi ki, türklərin müqəddəratını həll edən 1 səs odur”

“Yəhudi lobbisi göstərmək istədi ki, türklərin müqəddəratını həll edən 1 səs odur”

6 Mart 2010, 18:12

ABŞ Konqresinin komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən sənədə deputat Vaqif Səmədoğlu münasibət bildirib. Modern.az saytına açıqlamasında millət vəkili deyib ki, 2007-ci ildə ABŞ Konqresində bu məsələ müzakirəyə çıxarılmışdı, amma belə bir sənəd qəbul olunmadı:

“Mənə elə gəlir ki, indiki məqamda Türkiyə-İsrail münasibətlərinin pozulması da əsas rolu oynadı. Adətən bu məsələ komitədə 1 səs üstünlüklə rədd olunub. İndi isə 1 səs üstünlüklə qəbul edildi. Bununla da yəhudi lobbisi türklərə nümayiş etdirmək istədi ki, “sizin müqəddəratınız bu 1 səsdən asılıdır. O 1 səs də bizik””.

Bununla belə deputat pessimistliyə qapılmağın əleyhinədir: “Ayrı-ayrı lobbilər güclü ola bilər. Məsələ ondadır ki, Amerika dövləti onlardan 100 dəfə güclüdür”.

Xatırladaq ki, qondarma “erməni soyqırımı” layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində səsverməsi zamanı 22 səs əleyhinə, 23 səs lehinə olub. Cəmi 1 səs Türkiyənin əleyhinə işlədi ki, V.Səmədoğlu da onu yəhudi lobbisi ilə əlaqələndirir.   Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir