Modern.az

Milli Məclis: “İlhamə Quliyevadan parlamentə müraciət gəlməyib”

Milli Məclis: “İlhamə Quliyevadan parlamentə müraciət gəlməyib”

5 Mart 2013, 13:28

Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli müğənni İlhamə Quliyeva xalq artisti Nazpəri Dostəliyeva ilə olan qalmaqalından sonra “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunması üçün Milli Məclisin spikeri Oqtay Əsədova müraciət edib. Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanı “10LAR” verilişində parodiya edib. Qalmaqal da elə bu verilişdən sonra baş verib.

Milli Məclisin mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə, İlhamə Quliyevadan onlara belə bir müraciət daxil olmayıb:

“İki müğənni arasında baş verən qalmaqala görə xalq artisti İlhamə Quliyevadan “Müğənnilərin toxunulmazlığı haqqında” qanunun qəbul olunması üçün Milli Məclisə müraciəti olmayıb”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi qalmaqal yaradan hər iki tərəfi barışığa səsləyib.  

Gültəkin Ələsgər  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı