Modern.az

“Borçalı” Cəmiyyəti də ABŞ Konqresinə etiraz edir

“Borçalı” Cəmiyyəti də ABŞ Konqresinə etiraz edir

6 Mart 2010, 18:31

“Borçalı” Cəmiyyəti qondarma “erməni soyqırımı” layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindən keçməsinə etiraz edir. Cəmiyyətin sədri Zəlimxan Məmmədli bu barədə Modern.az-a belə deyib: “Bizim konsepsiyamız elədir ki, harda türk var, orda vətən var, yurd var. Təbii ki, Türk dünyasında baş verən hadisələr Gürcüstanda - Borçalıda yaşayan türklərə də təsir edir. Bu baxımdan, biz ABŞ Konqresində vaxtilə də olmuş və yenidən təkrarlanan erməni hiyləgərliyi, o cümlədən siyasi riyakarlıq nümunəsini yenə yaşayırıq. Təbii ki, bu, Türk dünyasını zəiflətmək, Türk birliyinə zərbə vurmaq, Türkiyənin timsalında Türk dünyasını dünyanın sivil hissəsindən təcrid eləmək və daxili münaqişələrə sövq eləmək xəttidir.

ABŞ Konqresində Türkiyənin əleyhinə erməni lobbisi ilə yanaşı, yəhudi lobbisinin bir qismi çıxış edir. Müəyyən mənada yunan lobbisi də burda aktiv ola bilər.

Qondarma “erməni soyqırımı” sənədi komitədə qəbul edilib. Ancaq Türkiyənin və Azərbaycan parlamenti, Azərbaycanın dövlət başçısı, Azərbaycanda əksər qurumları, o cümlədən “Borçalı” Cəmiyyəti də bu prosesə qoşulub. ABŞ prezidenti Barak Obama və Konqresin sədri səviyyəsndə bəyanat verildi ki, bu, qətnamə Konqresdə qəbul olunmayacaq.

Hər halda biz dəyərlərimizi və onun qorunmasını bilməliyik. Və bizim başımıza hadisələr gələndən sonra yox, onu önləmə modelləri üzərində düşünməliyik. Bu konsepsiya odur ki, bir olaq, güclü olaq, qalib gələk. Bir olub qalib gəlməkdən başqa çarəmiz yoxdu”. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?