Modern.az

Humay: “Fransızların ağız dadı da, musiqi zövqü də dəyişdi” - FOTOLAR

Humay: “Fransızların ağız dadı da, musiqi zövqü də dəyişdi”  - FOTOLAR

5 Mart 2013, 15:17

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və onun heyətinə daxil olan tarzən Humay Qədimova, kamança ifaçısı Sevinc Qədimova Fransa səfərindən qalibiyyətlə qayıdıblar.
Modern.az-a açıqlamasında Humay Qədimova bildirib ki, Fransada əksəriyyət ölkələrin milli mətbəxinin sərgisi keçirilib. Tədbirə qatılan minlərlə iştirakçı Azərbaycan musiqisinin sədaları altında dünya mətbəxi ilə tanış olublar. Müxtəlif ölkələri tərənnüm edən təmsilçilər arasında birincilik Azərbaycanın payına düşüb.
Bir neçə çeşiddə plovumuzu və müxtəlif yeməklərin dadına baxan iştirakçılar həm ağız dadının, həm də musiqi zövqlərinin dəyişdiyini etiraf ediblər. Qeyd edək ki, tədbir 3 gün davam edib.
Humay və Sevinc Qədimovaların ifasında instrumental musiqilər səslənib. Onlar həm muğam parçaları, həm də rəqs havaları təqdim ediblər.








Şahanə Rəhimli  
Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub