Modern.az

Mehriban Əliyeva Romada təqdimat mərasiminə qatılıb - FOTOLAR

Mehriban Əliyeva Romada təqdimat mərasiminə qatılıb - FOTOLAR

7 Mart 2013, 07:30

Martın 6-da Roma Opera Teatrında Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümyəndəsi” operasının yeni təqdimatının nümayişi keçirilib. Operanın yeni təqdimatının premyerasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Mehriban xanım Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılayıb.

Roma opera teatrı 1880-ci ildə açılıb. Məhz bu teatrda Ciakomo Puççininin “Toska”, Pyetro Maskanyinin “Maskalar” və digər tanınmış bəstəkarların operalarının premyeraları baş tutub. Bu səhnədə Cemma Bellinçoni, Hariklea Darkle, Antonio Kotonyi, Enrike Karuzo, Tito Skipa, Mersedes Lyopart kimi görkəmli ifaçılar çıxış ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər siyasi-ictimai şəxsləri ilə görüşüb. Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunan görüşdə Heydər Əliyev Fondunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.

Sonra operanın vətəni sayılan İtaliya paytaxtında Rikardo Mutinin dirijorluğu ilə tanınmış bəstəkar Cuzeppe Verdinin “Foskari ailəsinin iki nümyəndəsi” operasının yeni təqdimatı olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva operanın yeni təqdimatının premyerasına baxıb.

Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir