Modern.az

Nazarbayev: “Qadına evdə oturan varlıq kimi baxmaq olmaz”

Nazarbayev: “Qadına evdə oturan varlıq kimi baxmaq olmaz”

8 Mart 2010, 15:17

Bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bir qrup qadını qəbul edib. Modern.az qazax mətbuatına istinadən xəbər verir ki, Nazarbayev bəyan edib ki, “o yerdə ki qadınların gözündə yaş yoxdur, demək orada hər şey öz yolundadır”. Aralarında yazıçı, işadamı, məmur, sənətçi deputat, müəllim, çoxuşaqlı ana. idmançı və qadın hüquq müdafiə təşkilatlarının təmsilçiləri olan heyəti prezident öz Sarayında qəbul edib.

 

“Biz Sovetlər Birliyi kimi bir dövrdə boya-başa çatdıq. Xalqımız, xüsusən də qadınlarımız çox çətinliklər çəkdi. Kişilər müharibəyə getdi, analarımız hər şeyimiz oldu. Aclıq gördük, amma analarımızın fədakarlığı sayəsində bu günlərə yetişdik. Əgər bir yerdə qadınların gözündə yaş yoxsa,  o yerdə hər şey yolunda deməkdir”,- deyə Nazarbayev qadınlara xitabən deyib.

 

Nazarbayev qadınlara təkcə özəl günlərdə deyil, hər zaman sayğı və sevgi göstərilməsi vacibliyini bildirib.  Qazax qadınının ağıllı, savadlı və cəsür olduğunu deyən Nazarbayev əlavə edib ki, “qadına evdə oturan varlıq kimi baxılmamalıdır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir