Modern.az

Sabirin tülküsü İlyas Tapdığın tülküsündən fərqlənmir-PROBLEM

Sabirin tülküsü İlyas Tapdığın tülküsündən fərqlənmir-PROBLEM

Ədəbi̇yyat

7 Mart 2013, 16:46

XX əsr əvvəllərində Azərbaycan maarifçilik məktəbinin nümayəndələri öz yaradıcılıqlarının bir qismini uşaq ədəbiyyatının formalaşması yönündə qurmuşdular. Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Firudin bəy Köçərli və başqaları uşaq ədəbiyyatına müəyyən töhfələr veriblər. Bəs bu gün bu sahədə durum necədir

Modern.az uşaq ədəbiyyatı ilə bağlı kiçik sorğu aparıb.  

Ədalət Əsgəroğlu (AYB-in sözçüsü): “Ədəbiyyatın bu sahəsində boşluqlar var. Vəziyyət lap acınacaqlıdır. Səbəb də odur ki, uşaq ədəbiyyatına meyl göstərən şair və yazıçılarımız azdır. İndiki yazarlar uşaq ədəbiyyatı nümunəsi yaratmaq istəmirlər, ya da yarada bilmirlər. Amma şair İlyas Tapdıq, Qəşəm Nəcəfzadə, Ələmdar Quluzadə, Sevinc Nuruqızı bu sahədə hələ də yazıb yaradırlar. AYB bu boşluqları aradan qaldırmaqdan ötrü bir sıra işlər görür. Birlikdə uşaq ədəbiyyatı şöbəsi yaradılıb və o qədər də bədbin deyilik. “Göyərçin” “Bala-bala” jurnalları çox olsun, başqa xalqların uşaq ədəbiyyatını dilimizə tərcümə edir”.

Qəşəm Nəcəfzadə (şair, AYB-in uşaq ədəbiyyatı şöbəsinin rəhbəri): “Uşaq ədəbiyyatı ədəbiyyatımızın ən yaralı yeridir. Gənc nəsil arasında bu mövzulara toxunan var, amma yenə də boşluqlar gözə dəyməkdədir. Yenilik çatışmır, yeni postmodernist uşaq ədəbiyyatı ilə cəmiyyət tanış olmalıdır. Xarici ədəbi nümunələr tərcümə edilməli və onların timsalında bəzi məqamlar öyrədilməlidir. Hər şey uşaq ədəbiyyatından başlayır. Çünki kitab oxuyan uşaq sabahın intellektual gəncidir. Amma bu istiqamətdə gözə dəyən təzə heç nə yoxdur. Hətta obarzlar da köhnədir. Məsələn, Mirzə Ələkbər Sabirin tülküsü İlyas Tapdığın tülküsündən fərqlənmir.

İlyas Tapdıq (şair): “Uşaq ədəbiyyatı tərbiyəli və ağıllı nəslin böyüməsi üçün çox böyük bir qüvvədir . Uşinski, Anderson, Hofmann uşaq ədəbiyyatının layiqli nümunələrini yaradıblar və bunlar bütün dünyanın uşaqları üçündür. Sovet dövründə bütün xalqların nağıllarını oxuyurduq və onları çap edirdik. Bu yenə lazımdır. Çünki dünya özü bütöv bir anlayışdır. Uşağın tərbiyəsi ümumi bəşəri tərbiyə deməkdi. Azərbaycanda xüsusi uşaq nəşri yoxdur, uşaqlar üçün jurnallar çıxmır. Oxu mədəniyyəti də zəifləyib”.

  Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu