Modern.az

Politoloq Zərdüşt Əlizadə ilə - FOTOSÖHBƏT

Politoloq Zərdüşt Əlizadə ilə - FOTOSÖHBƏT

Fotosöhbət

10 May 2013, 08:11

Zərdüşt Əlizadə 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə 132 №li məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib.

1969-1971-ci illərdə Misirdə hərbi tərcüməçi, 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyib.

1971-ci ildən 1990-cı ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olub.

Filologiya elmləri namizədidir.

1969-1990-cı illərdə Sov.İKP üzvü olub. 1988-1989 illərdə Azərbaycan Xalq Cəbhəsi, 1990-2000-ci illərdə Sosial-Demokrat Partiyasının fəallarından olub. Hazırda müstəqil politoloq kimi fəaliyyət göstərir. İki kitab, yüzlərlə məqalə müəllifidir.
Evlidir iki oğlu var.


 

Uşaqlıq çağlarım... 50-ci illərin əvvəlləri

 

Anam, bacım və mən...

 

Atam Məmmədmübariz Əlizadə. Dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə atam tərcümə edib.

 

50-ci illərin əvvəlidir. Atam, anam, xalam, bacım və mən...

 

Kiçik bacım və mən. 50-ci illərin sonları...

 

1950-ci il. 4 nömrəli məktəbdə oxuyurdum. İndi onun yerində Prezident Administrasiyası yerləşir..  

 

Orta məktəbdəki futbol komandamız.

 

Son zəng və dostlar... 

 

1964-cü il. Məktəbi bitirməyimiz münasibəti ilə bulvara getmişik. Mən də sevincimdən körpüdən yapışıb sallanmışam.

 

 Qarabağlı qohumlarımız: atam, mən, atamın dostu və s


Şəkli çəkdirən zaman tələbə idim. Soldakı mən, o birilər də məktəb yoldaşlarım. Biz 6-cı sinifdən bir yerdə dostluq etmişik.

 

Anam Zinət xanım...

 

Tələbəlik illərimdəki may nümayişindən xatirə.  Rəhmətlik dekanımız Həsən Mahmudov, tələbə yoldaşlarım və mən. 

 

Mən, Timuçin Əfəndiyev, Zeynal Xəlilov...

 

Tələbə dostlarımla  Sabir bağındakı nümayişdən...

 

Dostlarım - Aydın Abdullayev və Şərqşünaslıq fakültəsinin dekanı  Elxan Əzizov.

 

1969-cu il. Sankt-Peterburq Universitetində konfrans zamanı çəkilib.  

 

1965-ci il. Xalam Xədicə ilə birlikdə...

 

Bu isə əmim Həsəndir. Tehranda yaşayır. Onun cavanlığıdır.

 

1970-ci il. Yenicə nişanlanmışdıq. Niyal xanım və mən, iki ən yaxın dostumuzla birgə.

 

Qahirədə yoldaşım və dostlarımız...

 

Əsgərlikdə təyyarəyə minməzdən əvvəl çəkilmiş şəkildir.  

 

Müxtəlif sovet xalqlarından ibarət əsgərlik dostlarım... 

 

1970-ci il Misirdə təlim keçirdik. Misir və Sovet generalları ilə birgə şəkil çəkdirdik .

 

Alagözün zirvəsindəyəm. Ordu xatirələrindən biri.

 

Xanımımla bir yerdə... 70-ci illərin sonu...


Mən, həyat yoldaşım Niyal xanım və rəhmətlik tərcüməçi Zahid Hüseynov. Biz Qahirədə “Məhəmmədəli” qalasındayıq. 1972-ci il.  


Yəmən... Ədən şəhərində böyük oğlumla birlikdə. İndi isə 40 yaşı var.

 

Yəməndəki Sovet səfirliyində çalışıram.  

 

Sovet səfiri, iqtisadi müşavir və mən Yəmənin Abiyan vilayətinə getmişik.

 

Yəməndə radiostansiyanın tikintisi zamanı. Sovet səfiri, mən və Yəmənin informasiya naziri.  

 

 Bu bizim ailəvi şəklimizdir: Atam, anam, bacılarım, qardaşlarım və onların ailələri. 

 

Riqada 89-cu ildə "Ocaq" cəmiyyəti var idi. Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi kimi ora getmişdim.  


Bu mənim misirli aspirantım Məhəmməd Əbu Seyiddir. 1987-ci il.

 

Kərim Kərimli ilə Kaliforniyada...  

 

Tiflisdə sülhməramlı bir konfransda çəkilib.  

 

Bu bizim sinifdir 30-il sonra görüşmüşük.1994-cü il... 132 nömrəli məktəbin 1964-cü il məzunları son dəfə bir yerə yığılmışıq.  

 

İsveçli rəfiqəm Tunaçenkanın mənzilindəyik. Mən Azərbaycandakı fəhlə hərəkatı haqqında məqalə yazmışam. Bu xanım onu İsveç dilinə tərcümə edib. 1997-1998-ci illər olardı.  

 

Amerika konqresində Nazim İmanov,  Rəsul Quliyev, amerikalı konqresmen, Sərdar Cəlaloğlu və Elman Salayev. 2000-ci il.

 

Bu Bakıdakı Soros Fondunun kollektividir. Biz fondun illik strategiyasını müzakirə etmək üçün Qubaya getmişik.

 

Moskovada Azərbaycan, Rusiya, Ermənistan diplomatiyası ətrafında sülh danışıqları gedirdi... 

 

Əmim Həsən və onun yoldaşı. Tehranda onların mənzilində çəkilib.

 

Universitet dostlarımla bir yerdə...

 

 

 


Son dövrlərin maraqlı şəkilləridi... Müxtəlif vaxtlarda seminarlarda çəkilib...

 

Xanımım və mən ən yaxın dostumuzla toyda. Zaman keçir, biz qocalırıq.  

 

Nəvələrim...

 

Şəhanə RƏHİMLİ
Elçin AĞAYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır