2011-ci ili doğumunun 125-ci ildönümü münasibətilə Abdulla Tukay, 2012-ci ili Mirzə Fətəli Axundov ili elan edən TÜRKSOY, Başqırdıstanın Ufa şəhərində keçirilən 30-cu TÜRKSOY Daimi Şurasının qərarına əsasən 2013-cü ili Qazaxıstan müsiqisinin ustadı və mili bəstəkarı olan Mukan Tölebayevə ithaf edib.
Bu məqsədlə martın 11-də Ankara Dövlət Rəsm və Heykəl Müzeyində Mukan Tölebayev ilinin açılına həsr olunmuş təntənəli tədbir keçiriləcək. Bu tədbir çərçivəsində fəaliyyətləriylə Türk ədəbiyyatı, mədəniyyəti və incəsənətinin inkişafında xidmətləri olan media təmsilçilərinə TÜRKSOY TÜRKSOY Basın Onur Ödülü (Mətbuat Şərəf Mükafatı) təqdim ediləcək. Tədbirdə, eyni zamanda Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Topluluğunun Qazaxıstandan gələn sənətçilərlə birgə Mukan Tölebayevin bəstələrindən ibarət konsertinin gerçəkləşdirilməsi də nəzərdə tutulub.
Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qazaxıstan səfiri Canseyit Tüymebayev, Türkiyə-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpek, Qazaxıstan Parlamenti senatının sosial və mədəni inkişaf komitəsinin sədri Ahan Bijanov, Türkiyənin Mədəniyyət və Turizm naziri Ömər Celikin çıxışlarından sonra TÜRKSOY Basın Onur Ödülü sahiblərinə təqdim olunacaq.
IV TÜRKSOY Basın Ödülünün sahibləri Azərbaycan - Elçin Mirzəbəyli – «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru, şair, jurnalist
Qazaxıstan - Kanşayım Baydullayeva – «Aykın» qəzetinin mədəniyyət şöbəsinin müdiri - Bakıtcan Omarov – Qazaxıstan Milli Televiziyasının Türkiyə təmsilçisi
Qırğızıstan - Emilbek Mominov – «Kabar» Qırğıs Xəbər Agentliyinin redaktoru - Tınçtıbek Çoroyev – Beynəlxalq Qırğız Tarix Qurumunun sədri, tarixiçi, yazar
Türkiyə - Beşir Ayvazoğlu – Türk Ədəbiyyatı jurnalının baş redaktoru - Yekta Kopan – jurnalist, yazar
Başqırdıstan (RF) - Samiqa Qafarova – Başqırdıstan Dövlət Televiziya və Radiosunun «Türküvaz» proqramının rejiossoru Qaqauz Yeri ( Moldova) - Dmitrii Papazoğlu – «Yedinaya Qaqauziya» qəzetinin baş redaktoru
Tatarıstan (RF) - Ruzilya Muhametova – Tatarıstan Mədəniyyət Nazirliyinin əməkdaşı - Ruşaniya Altay – Tatarinform Xəbər Agentliyinin Türkiyə təmsilçisi
Şimali Kipr Türk Respublikası - Ali Gürtekin – Vətən Radiosunun yönəticisi
Modern.az