Modern.az

Sovet İttifaqının sonuncu gözəli - “Miss SSRİ” - FOTOLAR

Sovet İttifaqının sonuncu gözəli - “Miss SSRİ” - FOTOLAR

İqtisadiyyat

9 Mart 2013, 16:41

SSRİ qapalı dövlət olaraq “burja” həyat tərzinin nümunələrini heç vaxt yaxına buraxmayıb. Bu ölkədə qəhrəman obrazı fəhlə və kəndlinin birləşdiyi zəhmətkeş insan idi. Amma “Qorbaçov era”sı  sayəsində bir sıra polulyar nümunələr “dəmir divar”dan bu tərəfə adlaya bildi. Onlardan biri “Gözəllik müsabiqəsi” oldu. Ciddi mənəvi dəyərlərin hökm sürdüyü sovet cəmiyyətində yarımçılpaq qızların açıq-aşkar podiuma çıxması qaşqabaqlı  sovet vətəndaşları üçün əsl şok oldu.

SSRİ-də 1989-cu ildən keçirilən bu müsabiqə ilk olaraq özfəaliyyət formasında baş tutsa da, 1991-ci ildə keçirilən gözəllik yarışı diqqəti cəlb edə bildi. Bu müsabiqə SSRİ-nin tarixində sonuncu yarış olmaqla sovet gözəllərinin axırıncı nəslini təqdim etdi.  

Yaşını gizlədən balaca qız

Rusiyanın Saratov şəhərində dünyaya gələn İlmira 29 yanvar 1976- cı ildə doğulub. Onun anası Lyudmila Nikolayevna Şerşova gimnastika üzrə məşqçi olub. Hazırda isə Saratov vilayətində Şeypinq Federasiyasının baş məşqçisidir. İlmira ilk dəfə musabiqədə 14 yaşı olarkən iştirak edib və uğur qazanıb.  O, müsabiqədə qalib gələrək “Miss Volqa 1991”  yarışmasına dəvət alıb. “Miss-Volqa 1991” dəki qalibiyyətindən sonra isə “Vitse –Miss- “Rusiya incisi-1991” titulunu qazanıb.

1991-ci ilin sentyabr ayında hələ 15 yaşlı məktəbli ikən “Miss- SSRİ-1991” titulunu qazanıb. İlmira KİV-ə verdiyi açıqlamada yarışmaya maraq xətrinə qoşulduğunu deyib. Yaşının azlığını gizlədən İlmira müsabiqə komissiyasına 16 yaşda olduğunu deyib.
“O zamanlar məni dəblə geyinən bir qız saymaq olmazdı. Hündür dabanlı ayaqqablarda yeriyə biilmirdim, makiyajdan isə başım çıxmırdı. İlk ziyafət geyimimi onda tikmişdillər. O zamanlar ölkədə qıtlıq idi, məxməri parça piştaxta altından satılırdı. Donumu,  qara rəngli dizə qədər olan paltarımı villlurdan tikmişdillər. O paltarı hələ də xatırlayıram”.

Tatar qızının uğur karyerası

Daha sonra isə çoxlu sayda növbənöv mükafatlarla təltif olunan İlmira adlar, tiullar qazanıb.

Yaponiyada “Vİtse-Miss international-1993” , Türkiyədə “Vitse-Miss-1995”, ABŞ-da “Vitse-Miss kainat -1996” , Los-Ancels ştatında qran -piri yarışının qalibi olub. 1993-cü ildə İlmira Dimitri Krılovla birlikdə “Miss Rusiya” yarışmasının aparıcısı olub.

O, bir neçə dəfə “Versaci”, “Fendi”, “Valentini”, D7G, “Qucci”. “D&G”,  Yudaşkinin  moda nümayişi və paltar dəfiləsinin təqdimatında  iştirak edib.  “Sportline”, “HEAD””, “Shulders”,”Ruskiy Standart” kimi reklam çarxlarında çəkilən İlmira aparıcı jurnalların üz qabığı  üçün çox saylı fotolar edib.  
İlmiranı 90-ların populyar musiqi qruplarından olan “Отпетые мошенники”, “Премьер-министр” və Andrey Qubuninin kliplərində görmək olar.

İki uşaq anası olan hazırkı menecer

İlmira Şamsuaddinova 2010-cu ildə Beynəlxalq Biznes və İdarəçiliik Akademiyasının Menecment və təşkilatçılıq fakültəsində təhsil alıb. Bu gün isə İlmira əri Aleksandr, iki uşağı Sonya və Filiplə Moskvada yaşayır. Boş zamanlarında Dayvinqlə məşğul olur. Akvobayk üzrə ilk dünya çempionatında iştirak edib.

1991-ci ildə İlmira Şamsuaddinovanın qatıldığı “Miss SSRİ” gözəllik müsabiqəsi Sovet İttifaqında son müsabiqə, tatar qızı isə bu ada layiq görülən axrıncı gözəl oldu.







Günəş FƏRHADLI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir