Modern.az

Məşhur ulduzların qəribəlikləri - MARAQLI

Məşhur ulduzların qəribəlikləri - MARAQLI

9 Mart 2013, 17:17

Bir çoxlarımızın tanıdığı və sevdiyi dünya ulduzlarının sən demə çoxlu qəribəlikləri var imiş. Modern.az sizə onları yaxından tanımağı təklif edir:


Sən demə aktyor Hyu Qrant məşhur olmazdan öncə “Fulhem” futbol klubunda işləyib.  


Cek Nikolsonun böyük bacısı əslində onun anasıdır. Ata və ana çağırdıqları isə onun baba və nənəsidir. Nənə və babanın nəvəni övladlığa götürməkdə məqsədləri o idi ki, cavan anası rəqqasəlik karyerasını davam etdirsin.  


Sevimli aktrisa Nikol Kidman isə kəpənəklərdən qorxur.  


Coni Dep də  kulonlardan qorxur. (Onda kulon fobiyası var).  


“Born This Way” hitini Ledi Qaqa 10 dəqiqə ərzində yaradıb.  



Kristin Beylin anası sirkdə kuolun olub. Kristin ilk öpüşünü sirkdə Barta adlı akrobat bir qızdan alıb.   


Hilari Suonk oğlanlar arasında keçirilən üzgüçülük üzrə olimpiya yarışlarında çıxış edib.  


Teylor Lotner 12 yaşında karete üzrə dünya çempionu olub.  


Hər konsertdən öncə  Meraya Keri 15 saat nəmli hava ilə doldurulmuş otaqda yatır.   


Aktyor Uma Turmanın atası buddist monaxıdır.   


Sən demə bir zamanlar Kolin Farrel “Boyzone” kastinqinden  keçə bilməyib.  


Maykl Fasbender  İrlandiyada yaşadığı zamanlar kilsələrdən birində keşiş kimi çalışıb.  


Leyton Mister ana bətnində olarkən anası  narkotik qaçaqmalçılığında iştirak etdiyinə görə həbs olunub. Və qızcığaz dünyaya gələndən sonra  nənə və babası tərəfindən tərbiyə olunub.  


Corc Kluni hərdən Los-Ancelsdəki malikanəsində olan şkafda yatır. Buna səbəb kimi də bütün yataq otaqlarının həddindən artıq işıqlı olmasını göstərir.  


Culiya Roberts əsəbləşəndə sol gözündən yaş gəlir.  

Şarliz Teron kino agentliyi ilə ilk müqaviləsini bankda kassir işləyərkən bağlayıb.   

Aktyor Mark Uilberq  isə küçə banditlərinin aktiv üzvü olub. Belə ki, o güclü kokaindən istifadə edib və adam öldürməyə cəhd etdiyinə görə də həbs olunub.  

Əfsanəvi beysbolçu Beybi Rut öz kepkasının altından başına kələm yarpağı qoymağı unutmur. Hər fasilədə də mütləq onu dəyişir.  

Günəş Fərhadlı
Şahanə RƏHİMLİ  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir