Modern.az

Azər Həsrətdən Özbəkistan futboluna yardım

Azər Həsrətdən Özbəkistan futboluna yardım

9 Mart 2010, 12:15

2010-cu il 5 mart günü Özbəkistanın “Xorazm” futbol klubunun rəsmi internet saytı açılıb. Onun tərtibində Urgənç şəhərinin futbol klubu özbək dilinin latın əlifbasıyla yazılışına əməl edib: sayt internet aləminə www.xorazmfk.com ünvanıyla daxil olub. “Xorazm”ın mətbuat katibi Babamurad Abdullanın dediyinə görə, saytın qurulmasına klubun qardaş Azərbaycandakı tərəfdarları yaxından yardım etdi. “Xüsusən də “Xorazm” futbol klubunun, Xarəzm torpağının və elinin tərəfdarı, mənim dostum jurnalist Azər Həsrət özünün maliyyə və əməli yardımını əsirgəmədi”. Onun dediyinə görə, Azər Həsrət “Xorazm” futbol klubunun rəsmi saytı ilə bağlı bütün texniki tərtibat və maliyyə xərclərini öz üzərinə götürüb. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu