Modern.az

Səlim Müslümov gimnast xanımlara hədiyyə verib

Səlim Müslümov gimnast xanımlara hədiyyə verib

9 Mart 2010, 14:42

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) bir qrup pensiyaçı gimnast xanımla görüş keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, gimnast xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən DSMF sədri Səlim Müslümov  bir neçə gün öncə Azərbaycanda Bədən Tərbiyəsi və İdman gününun də qeyd olunduğunu xatırladıb. DSMF sədri bildirib ki, ölkəmizdə idmanın sürətli inkişafı və qazanılan nəaliyyətlər bu sahədə həyata keçirilən  ardıcıl və məqsədyönlü siyasət nəticəsində mümkün olub. Görüşdə son illər idmanın gimnastika növünün inkişafında ciddi dönüşün baş verdiyi qeyd edilib. DSMF sədri vurgulayıb ki, Gimnastika Federasiyasının səmərəli fəaliyyəti sayəsində, gimnastika idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilib. S.Müslümov Azərbaycanda gimnastika ənənələrinin yaşamasında pensiyaçı gimnastların rolunun danılmaz olduğunu bildirib.

Görüşdə çıxış edən pensiyaçı gimnast xanımlar Azərbaycanda idmancıların sosial problemlərinin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildiriblər. Gimnast xanımlar onlara göstərilən diqqət və qayğıya görə  Gimnastika Federasiyanın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daha sonra DSMF sədri pensiyaçı gimnast xanımlara xatirə hədiyyələri təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir