Modern.az

İnformasiya azadlığı nəyimizə lazımdır?

İnformasiya azadlığı nəyimizə lazımdır?

9 Mart 2010, 14:44

st1:*{behavior:url(#ieooui) }

Bu mövzuda sosial reklam vərəqələri hazırlanıb

 

Mərhum jurnalist Elmar Hüseynovun xatirəsinə həsr edilmiş ongünlük çərçivəsində tədbirlər davam edir. Onlar sırasında “Yeni Müsavat”qəzeti, “Yeni Nəsil” Jurnalistlər Birliyi və Media Hüququ İnstitutunun birgə hazırladığı informasiya azadlığına dair sosial reklam vərəqələri də var.

 

“İnformasiya azadlığı sənə nə üçün lazımdır?” başlığı altında hazırlanan bu vərəqələrdə mövzuya dair qısa bölmələr yer alıb.  Burada informasiya azadlığının nə olması və vətəndaşlara nə verməsi haqqında bilgilər verilib. Həmçinin  informasiya almaq istəyən vətəndaşlar üçün zəruri  məlumatlar da yerləşdirilib. Vərəqədə “İnformasiya azadlığı yoxdursa, nəyi itirirsən” sualına cavab tapmaq da mümkündür. Praktika göstərir ki, adətən informasiya mənbələri onlardan istənilən məlumatı verməkdən boyun qaçırarkən dövlət sirrini bəhanə gətirirlər. Odur ki, sosial reklam xarakterli bu vərəqədə dövlət sirrinin nə olması haqqında da məlumat verilib.

 

İlkin mərhələdə “İnformasiya azadlığı sənə nə üçün lazımdır” vərəqələri 8 min nüsxədə çap edilib və “Yeni Müsavat” qəzetinin vasitəsi ilə yayılacaq. Sonra isə “Yeni Nəsil” JB, Media Hüququ İnstitutu və “Article 19” təşkilatının birgə səyi ilə daha 22 min nüsxə vərəqə çap ediləcək və digər mətbu orqanlarnın vasitəsilə, həm də əldəyayım yolu ilə yayılacaq.

 

Qeyd edək ki, sabah – martın 10-da Elmar Hüseynovun xatirəsinə həsr eidlmiş ongünlük başa çatır. Bu ongünlük çərçivəsində son tədbir sabah “Respublika Lüks” otelində baş tutacaq. “Azərbaycanda informasiya azsadlığı və məlumat əldə etmək hüququ” mövzusunda keçiriləcək. Bu tədbirdə yerli mütəxəssislərlə yanaşı, İngiltərə, Türkiyədən gələn ekspertlər də iştirak edəcək.

 

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi