Modern.az

“Başqa ölkələr “Eurovision”da Azərbaycan təcrübəsindən yararlanırlar”

“Başqa ölkələr “Eurovision”da Azərbaycan təcrübəsindən yararlanırlar”

12 Mart 2013, 13:06


Azərbaycan “Eurovision” Mahnı Müsabiqəsində milli seçim turlarının şəffaflığına görə bütün ölkələr arasında öncül yerlərdən birini tutur. Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin departament rəhbəri Tahir Məmmədov Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Məşvərət qrupu müzakirə edərək, yekdilliklə uğurlu nəticə əldə etdiyimizə görə seçimin çox doğru olduğunu bildirib:
“Ölkəmiz bu istiqamətdə çox uğurlu nəticə əldə edib. Belə ki, bizdə digər ölkələrdən fərqli olaraq, bir neçə seçim turundan sonra finalda iştirak edəcək qaliblər seçilir. Ola bilər ki, başqa ölkələrdə də bu var idi. Ancaq bizdəki kimi mükəmməl və sistemli deyildi. Ümumiyyətlə, başqa ölklərdə bu seçim turu tamamilə fərqlənir, hətta yarım finala belə çıxa bilmirlər. Bu müsabiqədə iştirak edən ölkələr bizim əldə etdiyimiz uğurları qazanmayıblar.
Bu ölkələrə tövsiyə olundu ki, milli seçim turu keçirsinlər. Çünki kimi gəldi müsabiqəyə göndərməklə onlar bir növ öz ölkələrinin musiqi mədəniyyətinin səviyyəsini göstərmiş olurlar”.

Tahir Məmmədov onu da qeyd edib ki, “Eurovision” Mahnı Müsabiqəsinə seçim turu əvvəlki illərdə olduğu kimi aparılacaq: “Eyni zamanda burada həm tamaşaçıların, həm də münsiflərin rəyi dəyərləndiriləcək. Müsabiqə çox şəffaf şəkildə təşkil olunduğundan, iştirakçılar öz istedadlarını daha yaxşı göstərə biləcəklər. Əsas məqsəd odur ki, ölkəmizin adını dünya ölkələri arasında daha da yüksək zirvələrə qaldıraq”.

Pərvin Arzuqızı  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir