Modern.az

Əhalinin əmanətlərinin həcmi 30% artıb

Əhalinin əmanətlərinin həcmi 30% artıb

9 Mart 2010, 15:34

Mərkəzi Bankın mətbuat xidməti bildirib ki, 2010-cu il fevral ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1708 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 163 ədəd çoxdur. Cari ilin fevralın 1-nə bankomatların 972-si Bakı şəhərində, 736-sı isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8657 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 543 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7873-ü Bakı şəhərində, 784-ü isə digər regionlarda yerləşir.

Mərkəzi Bankın məlumatına görə, 2010-cu il fevral ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4462,4 mln. manat təşkil edib. Bunun 2385,8 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 % çoxdur. Depozitlərin 2076,7 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. 2010-cu il fevralın 1-nə banklara qoyulan əmanətlərin 984,9 mln. manatı (41,3%) manatla, 1400,8 mln. manatı (58,7%) isə xarici valyuta ilə cəlb edilib.

 

2010-cu il fevralın 1-nə iqtisadiyyatın sahələri üzrə cəmi kredit qoyuluşları 8431,2 mln. manat təşkil edib. Kreditlərin 27,5%-i və ya 2318,9 mln. manatı ev təssərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 1841,9 mln. manat (21,8%) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 530,1 mln. manatı (6,3%), sənaye və istehsalın payına isə 529,3 mln. manatı (6,3%) düşüb. Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1519,9 mln. manatı və ya 18,0%-i, kənd təsərrüfatı və emalına 391,5 mln. manatı və ya 4,6%-i, inşaat və əmlak sahəsinə 574,2 mln. manat (6,8%), digər sahələrə isə 64,5 mln. manatı və ya 0,8%-i yönəldilib.

 

Fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8431,2 mln. manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,1% artıb. Kredit qoyuluşlarının 331,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 2349,6 mln. manatı (27,9%) qısamüddətli, 6081,7 mln. manatı (72,1%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kredit-lərin 169,1 mln. manatı və ya 7,2%-i, uzunmüddətli kreditlərin isə 162,3 mln. manatı və ya 2,7%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankı tərəfindən iqtisadiyyata 3922,8 mln. manat (46,5%), özəl banklar tərəfindən 4325,2 mln. manat (51,3%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,2 mln. manat (2,2%) kredit qoyulub. Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2062,9 mln. manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 24,5%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 396,5 mln. manat (4,7%) kredit veriblər. Kreditlərin 4923,2 mln. manatı və ya 58,4%-i manatla, 3507,9 mln. manatı və ya 41,6%-i xarici valyuta ilə verilib.

Fevralın 1-nə dövriyyədə olan pul kütləsinin həcmi (M2 pul aqreqatı) 5837,7 mln. manat təşkil edib. Pul kütləsinin 3972,8 mln. manatı nağd pul vəsaitlərinin, 884,4 mln. manatı tələb edilənədək vəsaitlərin, 980,5 mln. manatı isə müddətli depozitlərin payına düşüb. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq