Modern.az

VHP də Amerikaya etiraz bəyanatı ünvanladı

VHP də Amerikaya etiraz bəyanatı ünvanladı

9 Mart 2010, 15:52

2010-cu il martın 4-də Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr palatasının Xarici əlaqələr komitəsində qondarma «erməni soyqırımı» sənədinin qəbulu Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən kəskin pislənilib. VHP bu qərarın tarixi ədaləti bərpaya deyil, siyasi təzyiq vasitəsinə xidmət etdiyini bəyan edib.

Bəyanatda bildirlib ki, 1915-ci ilin aprel ayında Osmanlı imperiyasında baş verən hadisələri yalnız erməni ideoloqlarının təbliğatı ilə ermənilərə qarşı soyqırım aktı kimi qəbul etmək Türk və İslam dünyasına qarşı dünyanın ikili standartlarla yanaşmasından başqa bir şey deyil. “...1915-ci ildə Osmanlı imperiyasının ərazisində erməni soyqırımının olmadığını bildirən Türkiyə Cümhuriyyətinin rəhbərliyi dəfələrlə Osmanlı arxivlərini açmağa hazır olduğunu, beynəlxalq ekspertlərin iştirakı ilə Türkiyə və Ermənistan alimlərindən ibarət komissiya yaradılmasını və faktın araşdırılmasını təklif etsə də, qarşı tərəf bu təşəbbüsə qoşulmur. Bu amil 1915-ci il «soyqırımı»nın olmadığını bir daha təsdiqləməklə bərabər, erməni ideoloqlarının bu saxta faktdan ideoloji və siyasi təzyiq kimi istifadə etdiyini bir daha əyani şəkildə göstərir. Özünü demokratiya və ədalət rəmzi kimi təqdim edən ABŞ Konqresində saxta bir sənəd layihəsinin təsdiqlənməsi isə tarixi saxtakarlıqdan istifadədə erməni ideoloqlarına kimlərin dəstək verdiyini bariz şəkildə görüntüləyir 1915-ci ildə olmayan «soyqırımı» tanımaqda maraqlı olan Avropa və ABŞ konqresmenləri son yüz ildə ermənilərin türklərə, xüsusilə azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin üstündən sükutla keçirlər. Halbuki cəmi 18 il öncə Azərbaycanın Xocalı şəhərini dünyanın gözü qarşısında yer üzündən silən erməni silahlı birləşmələrinin dinc və silahsız əhaliyə qarşı necə dəhşətli qətliam törətdiyi konkret dəlil və sübutlarla ortadadır”.

 

Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qəbul edilən «erməni soyqırımı» adlı saxta sənədin Azərbaycan xalqında Qərb və ABŞ dəyərlərinə böyük zərbə vurduğunu, Azərbaycan xalqının Qərbyünömlü siyasi kurs tərəfdarlarının inamını sarsıtdığını bildirir, bu faktın ABŞ-ın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıtdığı, ABŞ-Azərbaycan münasibətlərinə kölgə saldığını bəyan edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı