Modern.az

“Ədəbi atalar”dan Bakıdakı aksiyaya çıxan gənclərə öyüd: “Davalı yerdə ot bitməz”

“Ədəbi atalar”dan Bakıdakı aksiyaya çıxan gənclərə öyüd: “Davalı yerdə ot bitməz”

Ədəbi̇yyat

13 Mart 2013, 10:53


Əsgər ölümləri ölkədə ardıcıl aksiyalar doğurub. Cəmiyyətin siyasi təbəqəsi kimi yazarların da “atəşkəs rejimi”ndə ordudakı itkilərə və aksiyalara münasibətini bilmək maraqlı olardı. Modern.az ədəbi icmada tanınan bir neçə nəfərin bununla bağlı rəyini öyrənib.

Vahid Əziz (şair): “Hər bir demokratik ölkədə adi hal kimi qarşılanmalı məsələlərdən biri də aksiyaların keçirilməsidir. Amma gərək sivil qaydada keçirilsin. Söyüşlərə, təhqirlərə, təxribata yol verilməsin. Dava-dalaş, “Molotov kokteyli”nin yandırılması və s. şeylər təxribata yol açır. Bu da xalqa qarşı düşmənçilikdir. Bu zaman ortaya xeyli fəsadlar çıxa bilir. İnsanlara söz azadlığı, özünü ifadə azadlığı verilməlidir. Bir qismi mətbuatla, televiziya ilə sözünü desə də, digər qismi bu hüququndan ancaq belə aksiyalarda istifadə edə bilir. Amma bu azadlıqdan təxribat məqsədilə istifadə etmək olar. Söz azadlığından istifadə təxribat materialına çevrilməməlidir”.  

Fikrət Qoca
(xalq şairi): “Atalar deyib ki, heç vaxt davalı yerdə ot bitməz. Sülhlə çox şeylər həll olunur. Yadımıza gətirək, 1990-cı il 20 yanvar hadisələrindən sonrakı vəziyyəti. Həmin vaxt biz 40 gün onlara yas saxladıq. Deyilən bir məsələ aramızda 10 dəqiqəyə həll olunurdu. Biz o qədər bir idik. Amma indi bunun əksini görürük. Gənclərin əsas işi birliyi içimizdə öldürməmək olmalıdır. Biz birliyi içimizdə yaşatmalıyıq və onu inkişaf etdirməliyik. Amma indi stabilliyin təmin olunmaması bizim özümüzün ziyanına işləyir. Stabilliyin təmin olunmaması xarici qüvvələrin, əjdahaların xeyrinə işləyir. Birliyi ancaq stabillik saxlaya bilər. Biz indi didişməməliyik, torpaqlarımız uğrunda mübarizədə birləşməliyik”.  

Tofiq Abdin
(publisist): “Dünyanın hər yerində bir dövlətin daxilində verilən qərarlar narazılıqla qarşılana bilər. Həmçinin insanların, vətəndaşların da ixtiyarı var ki, həmin qərara qarşı etirazını bildirsin. Bu Amerikada da belədir, Türkiyədə də. Bizim ölkədə hamının imkanı yoxdur ki, televiziyaya çıxıb nəyəsə etiraz etsin. İçindəki bəzi şeyləri aşkara çıxarmaq üçün mitinqə çıxır və etiraz edirlər. Mən buna çox normal baxıram. Mən özüm heç bir aksiyaya, mitinqə getməsəm də, bunu çox normal qarşılayıram.   

Elmin Nuri
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?