Modern.az

Almaniyanın Ziqen şəhərində Azərbaycan Günü keçirilib

Almaniyanın Ziqen şəhərində Azərbaycan Günü keçirilib

9 Mart 2010, 17:08

Martın 6-da Almaniyanın Ziqen şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib. Bu barədə Modern.az-a Diaspor Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə birliyin sədri Samir Abbasov çıxış edib. Sonra Birliyin maliyyə məsələləri üzrə koordinatoru Telman Əliyev “ATEİB-nin fəaliyyəti”, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elşən Bağırzadə isə “Alman–Azərbaycan iqtisadi əməkdaşlığı: mövcud durum və perspektivlər” mövzularında çıxış ediblər. Azərbaycanlı tələbələr və elmi işçilər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Novruz süfrəsi təşkil edilib. Tədbirə Almaniyanın müxtəlif universitetlərində təhsil alan gənclərimiz qatılıb. Frayberq, Kiel, Köln, Düsseldorf, Berlin şəhərlərindən tədbirə gələn tələbələr xüsusilə aktivlik göstəriblər.

Martın 7-də isə ATEİB sədri Samir Abbasov və ADİU-nun müəllimi Elşən Bağırzadə Kölndə fəaliyyət göstərən Almaniya Gənc Türklər Ocağındakı “Türkiyənin Türk Dünyası ilə bağlı əməkdaşlıq və inkişaf strategiyaları” mövzusunda konfransda iştirak ediblər. Tədbirdə AGTO-nun başqanı Şahin Goksu, Elşən Bağırzadə çıxış ediblər. Konfransda türk gəncliyinin və ümumilikdə türk dünyasının ictimai, iqtisadi və digər sahələrə aid problemləri müzakirə olunub. Tədbir çərçivəsində ATEİB-in və AGTO-nun gələcəkdə birgə layihələr həyata keçirməsi imkanları barədə də danışılıb. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir