Modern.az

Brilliant Dadaşova internetsiz qaldı

Brilliant Dadaşova internetsiz qaldı

13 Mart 2013, 15:07



Brilliant Dadaşovanın Türkiyənin TMB telekanalında yayımlanan “Brilliantla Pırlantalı gecələr” verilişinin bu həftəki qonağı qardaş ölkənin sevilən müğənnisi və bəstəkarı Ümit Besen olub. Öz karyerası dövründə 27 albom buraxan Ü. Besen sənətə gəldiyi illərdən danışıb. Son illər səsini qoruduğunu, siqaret çəkmədiyi deyən Ümit bəy “9 ildir siqareti tərgitmişəm. Onu da deyim ki, dadlı xörəklər bişirməyi bacarıram, evdə olmağı xoşlayıram”.

  Verilişdə Ü. Besen Azərbaycan mahnıları da ifa edib. Hətta B. Dadaşovanın ifa etdiyi “Axtarma məni” mahnısını da repertuarına daxil etmək istəyini dilə gətirib.  

Məlumdur ki, Brilliant xanım həmişə verilişində Facebook şəbəkəsində dostlarının yazdıqlarını bölüşür, onun səhifəsinə abunə olanların adını çəkirdi, verilişin qonağı ilə birgə ismarışları oxuyurdu. Amma bu verilişdə Brilliant Dadaşova internetsiz qalıb. O, veriliş çəkilən məkanda wi-fi-ın işləmədiyini bildirib. 

Şahanə Rəhimli  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI