Modern.az

Təklif: Türk Dünyasının ortaq ədəbi ödülü yaradılmalıdır

Təklif: Türk Dünyasının ortaq ədəbi ödülü yaradılmalıdır

13 Mart 2013, 15:41



2010-cu ildə Prezidenti İlham Əliyevin fərmanı ilə Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası yaradıldı. Hər il mütəmadi olaraq adı çəkilən sahələrin nümayəndələri dövlət mükafatı ilə təltif olunur. Lakin yalnız ədəbiyyat sahəsi üzrə dövlət mükafatı təyin olunsa bu ədəbiyyatın inkişafına necə təsir edə bilər?

  Modern.az-a açıqlamasında AYB sözçüsü Ədalət Əsgəroğlubildirib ki, dövlətin təltif etdiyi bir çox mükafatlar var. Onlar həmçinin ədəbi xadimlərə də verilir.

“Sovet dövründə də dövlət mükafatları pul şəklində olardı və o təltif olunan üçün həm də böyük şərəf sayılardı. Respubika Dövlət mükafatı , Lenin mükafatı o vaxt ən böyük mükafat idi. İndi Azərbaycanda bunları Heydər Əliyev Mükafatı (50.000 manat) əvəz edir. Ədəbiyyat üzrə ayrıca dövlət mükafatı olmasa da, ədəbi xadimlərə də verilən bu mükafat Azərbaycanda ən ali mükafatdır.”.  

Şair Vaqif Bayatlı Odərin fikrincə isə, yalnız ədəbiyyat üzrə mükafatın təsis edilməsi maraqlı olardı.

“Mən qabaqlar mətbuatda və aidiyyati yerlərdə bu haqda çıxış etmişəm. Bildirmişəm ki, Türk Dünyasının ortaq bir ədəbiyyat ödülü yaradılmalıdır. Yəni  türk dünyası ədəbiyyatının da öz Nobeli olmalıdır. Həm də pul mükafatı Nobelin özündən belə az olmamaq şərtiylə. Türk dövlətlərinin əksəriyyəti neft ölkələridir, həmçinin Türkiyənin özünün də imkanı pis deyil. Milyon yarımlıq pul mükafatını təsis etmək problem olmazdı. Bu işi çoxdan eləmək lazım idi. Türk Dünyasını ortaq Atatürk, ya Rəsulzadə, ya da ki Əhməd Cavad mükafatı təsis edilsin. Bu çox vacib məsələdir. Ədəbiyyat üzrə bu mükafatı təkcə Azərbaycan çərçivəsində deyil, Türk Dünyası coğrafiyasına uyğun təsis etsələr çox gözəl olar”.  

Elmin Nuri  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı